Türkiyədə zəlzələdə həlak olan Şahin Vəliyevin nəşi Gəncəyə gətirilib

Türkiyədə zəlzələdə həlak olan Şahin Vəliyevin nəşi Gəncəyə gətirilib

Hazırda oxunan: Türkiyədə zəlzələdə həlak olan Şahin Vəliyevin nəşi Gəncəyə gətirilib
120726
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyənin Malatiya şəhərində baş verən zəlzələ zamanı dünyasını dəyişən Şahin Vəliyevin cənazəsi Gəncə şəhərində yaşadığı Cavad Xan qəsəbəsinə gətirilib.

Bizim.Media xəbər verir ki, Şahin Vəliyevlə yaşadığı evdə vida mərasimi keçiriləcək.

21 yaşlı tələbənin günorta saatlarında Gəncədə dəfn edilməsi gözlənilir.

Qeyd edək ki, 21 yaşlı Şahin Vəliyev Malatya İnönü Universitetində İdman menecerliyi ixtisasında oxuyub. O, Malatya şəhərinin Zəfər məhəlləsində yaşayıb.

Onun dağıntılar altından çıxarılan meyitini dayısı təsdiq edib. 21 yaşlı tələbənin cənazəsi bu gecə vətənə gətirilib.

Xatırladaq ki, Türkiyənin Malatya şəhərində fevralın 6-da baş verən zəlzələdə dağılan binanın altında qalan İnönü Universitetinin 4 azərbaycanlı tələbələsi - Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzanin meyiti tapılıb.Onların meyitləri uzun axtarışlardan sonra fevralın 14-də dağıntılar altından çıxarılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO