İrandakı səfirliyimizdə törədilən terrorda yaralananlarla bağlı YENİ XƏBƏR - RƏSMİ

İrandakı səfirliyimizdə törədilən terrorda yaralananlarla bağlı YENİ XƏBƏR - RƏSMİ

Hazırda oxunan: İrandakı səfirliyimizdə törədilən terrorda yaralananlarla bağlı YENİ XƏBƏR - RƏSMİ

120202

Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən terror aktı zamanı yaralanan səfirlik əməkdaşları hələ də xəstəxanadadırlar. 

Bu barədə Bizim.Media-ya Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.

Onun sözlərinə görə terror aktının qarşısının alınmasında xəsarət almış Vasif Natiq oğlu Tağıyevin  və Mahir Kamil oğlu İmanov müalicələrini davam etdirirlər. Nazirlik sözçüsü yaralıların xəstəxanadan evə nə vaxt buraxılacaqları barədə məlumatsız olduğunu qeyd edib. 

Yaralanan şəxslər, şəhid Orxan Əsgərovun cənazəsi və səfirliyin təxliyə olunan əməkdaşları yanvarın 29-da  Bakıya təxliyə olunublar.

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terror aktının qarşısının alınmasında iştirak etmiş şəxsləri təltif edib. 
Vasif Tağıyev 1-ci dərəcəli “Rəşadət” ordeni, Mahir İmanov və Orxan Əsgərov (ölümündən sonra) isə “Vətən uğrunda” medalı ilə təltif olunublar.

Xatırladaq ki,  27 yanvar tarixində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı həyata keçirilmiş terror hücumu nəticəsində səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub, iki əməkdaş Vasif Tağıyev və Mahir İmanov isə ağır dərəcəli bədən xəsarətləri alıblar.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO