“Tərtər işi” ilə bağlı həbs olunan 4 nəfərin məhkəməsi başlayır

“Tərtər işi” ilə bağlı həbs olunan 4 nəfərin məhkəməsi başlayır

Hazırda oxunan: “Tərtər işi” ilə bağlı həbs olunan 4 nəfərin məhkəməsi başlayır
119690
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Tərtər işi” ilə bağlı ittiham olunan 4 nəfər - Vüsal Ələsgərov, Rəşid Niftəliyev, Ramil Qarayev və Rüstəm Ələsgərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, toplanmış materiallar baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Məhkəmənin hazırlıq iclasının yaxın günlərdə keçiriləcəyi gözlənilir.

İttiham olunan Vüsal Ələsgərov polkovnik, Rəşid Niftəliyev isə polkovnik-leytenantdır.

Məlumatı Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya təsdiq ediblər.

O da qeyd olunub ki, həmin iş üzrə istintaq davam edir.

Xatırladaq ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda "Tərtər işi" ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib.

Sözügedən qərarlardan sonra aparılın istintaq zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verilməsi, onların qanunsuz azadlıqdan məhrum edilməsi və vəzifə səlahiyyətlərini aşılmasına əsaslı şübhələr müəyyən edilmiş bir neçə hərbçi cinayət məsuliyyətinə cəlb olunub.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülərək barələrində həbs qətimkan tədbiri seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO