Hazırda ciddi maliyyə böhranı yaşayan və bu səbəbdən də UEFA-nın Maliyyə intizam komissiyası tərəfindən ağır cəzası ilə üzləşəcək İstanbulun “Qalatasaray”x9d klubunub rəhbərliyi təcili müşavirə keçirib.
Moderator.az türk mediasına istinadən xəbər verir ki, müşavirədə prezidenti Dursun Özbəklə yanaşı klubun keçmiş rəhbərlərinin bir qismi də iştirak edib. Məlum olduğu kimi, UEFA-nın klubun borclarının kritik həddə çatması səbəbindən “1+1”x9d qaydası ilə cəza tətbiq edərək “Qalatasaray”x9dı iki illik beynəlxalq turnirlərdə iştirakına qadağa qoyacağı gözlənilir. Təcili müşavirədə cəzanın necə dondurulacağı, illik ziyanın 22 milyon avrodan, 10 milyona salınmasının yolları müəyyən edilib. İllik maliyə ziyanı 10 milyona düşəcəyi təqdirdə UEFA cəzanı dondura bilər.
Müşavirənin sonunda Dursun özbək “Qalatasaray”x9dı bu durumdan çıxaracağına söz verib.
Elmin NURİ




































































































