Bu yollar buz BAĞLADI - SİYAHI 

Bu yollar buz BAĞLADI - SİYAHI 

Hazırda oxunan: Bu yollar buz BAĞLADI - SİYAHI 
119598
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Hava şəraiti ilə əlaqədar olaraq avtomobil yollarının vəziyyəti açıqlanıb.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Bizim.Media-ya verilən məlumata görə, “ZƏFƏR yolu”nda zəif qar yağır, 7-8 dərəcə şaxta var. Hazırda yolun qardan təmizlənməsi işləri ilə yanaşı buzlaşmaya qarşı müvafiq tədbirlər görülür. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Toğanalı - Kəlbəcər - İstisu yolunda zəif qar yağır, hazırda yolun qardan təmizlənməsi işləri ilə yanaşı buzlaşmaya qarşı müvafiq tədbirlər görülür və bu istiqamətdə işlər davam etdirilir. “Ömər aşırımı”na doğru yüksəkliyə qalxdıqca 13-22 dərəcə şaxta müşahidə olunur.

Yolun Toğanalı kəndindən Murovdağ tuneli istiqamətində və tunelin başlanğıc hissəsindən “Ömər aşırımı” istiqamətində şinləri zəncirlənmiş nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur.

Bakı - Quba yolunda yağıntı yoxdur, Qusar rayonu ərazisində yolun buz bağlamış sahələrinə qum-duz səpilmişdir.

Xınalıq kəndi ərazisində 16 dərəcə şaxta var. Hazırda yolda əmələ gəlmiş buzlaşmanın aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirər davam etdirilir. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

Giləzi - Xızı yolunda yağıntı yoxdur, Xızı rayonu ərazisində 4 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Bakı-Qobustan yolunda zəif qar yağır, Qobustan rayonu ərazisində 6-8 dərəcə şaxta var. Hazırda yolun buz bağlamış sahələrinə qum-duz səpilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Qobustan - Şamaxı - Muğanlı: Zəif qar yağır, Şamaxı rayonu ərazisində 3-4 dərəcə şaxta var. Hazırda yolun buz bağlamış sahələrinə qum-duz səpilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Muğanlı – Ağsu - Yevlax yolunda zəif qar yağır, Muğanlı ərazisində 4 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Muğanlı - İsmayıllı yolunda zəif qar yağır, 4-5 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun 7-19 km hissəsində buz bağlamış hissələrə qum-duz səpilmiş, hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

İsmayıllı - Qəbələ - Oğuz- Şəki yolunun İsmayıllı və Qəbələ rayonları ərazisində zəif qar yağır, 4-5 dərəcə şaxta var. Yolun İsmayıllı-Qəbələ hissəsində güclü buzlaşma əmələ gəlmiş, bununla əlaqədar qum-duz səpilmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

Yevlax - Şəki - Qax - Zaqatala yolunda yağıntı yoxdur, Qax rayonu ərazisində 2-3 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Şəmkir - Gədəbəy yolunda gecə saatlarından başlayaraq marşrut boyu qar yağır. 2-10 dərəcə şaxta var. Yolda buzlanma var. Yolun qardan təmizlənməsi və buzlaşmanın aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirlər görülür. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

Gəncə - Daşkəsən yolunun gecə saatlarından başlayaraq marşrut boyu qar yağır. 7-8 dərəcə şaxta var. Hava dumanlıdır, yolda buzlanma var. Yolun qardan təmizlənməsi və bununla yanaşı buzlaşmaya qarşı müvafiq tədbirlər görülür. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

Ələt - Astara yolunda yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Masallı – Yardımlı yolunda yağıntı yoxdur, yolun buz bağlamış sahələrinə qum-duz səpilmişdir. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Lənkəran – Lerik yolunun Lerik rayonu ərazisində qar yağır, 4-5 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun qardan təmizlənməsi işləri aparılır, bununla yanaşı qum-duz səpilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

Bakı - Ələt – Hacıqabul – Ucar – Yevlax - Gəncə - Qazax yolunda yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Hacıqabul – Bəhramtəpə – Horadiz yolunda yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO