Türkiyəyə göndərilən ikinci əl geyimlərlə bağlı AÇIQLAMA

Türkiyəyə göndərilən ikinci əl geyimlərlə bağlı AÇIQLAMA

Hazırda oxunan: Türkiyəyə göndərilən ikinci əl geyimlərlə bağlı AÇIQLAMA
119150
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyədə baş vermiş şiddətli zəlzələdə zərərçəkənlərə yardım məqsədilə toplanan əşyaların geri qaytarılması barədə məlumatlar yayılıb.

Yalnız Azərbaycanda deyil, Türkiyənin özündə də ikinci əl əşyaları toplayan insanların apardıqları yardımların geri çevirildiyi bildirilib.

AFAD və Qızıl Aypara Cəmiyyəti tərəfindən verilən “İkinci əl paltarları gətirməyin” açıqlaması isə sosial şəbəkə istifadəçilərində çoxsaylı suallar yaradıb.

Bizim.Media xəbər verir ki, Türkiyə Qızıl Aypara Cəmiyyətinin sədri Kerem Kınık sözügedən məlumatla bağlı CNN TÜRK-ə açıqlama verib.

“Bizə ədyal və qızdırıcılar lazımdır. Çadırlar üçün qızdırıcıya ehtiyacımız olacaq. Palto, ayaqqabı, paltar lazımdır. Amma ikinci əl deyil, istifadə olunmamış olmalıdır. Çünki ikinci əl əşyaları işimizin uzanmasına səbəb olur.
Bu cür geyimlər virus yaya, problemləri daha da artıra bilər. Ona görə də, xahiş edirik ki, istifadə edilməmiş geyimlər göndərsinlər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO