Azərbaycan-Gürcüstan Gənclərinin I Qarabağ Forumu keçiriləcək – GƏNCLƏR FONDUNUN DƏSTƏYİ İLƏ

Azərbaycan-Gürcüstan Gənclərinin I Qarabağ Forumu keçiriləcək – GƏNCLƏR FONDUNUN DƏSTƏYİ İLƏ

Hazırda oxunan: Azərbaycan-Gürcüstan Gənclərinin I Qarabağ Forumu keçiriləcək – GƏNCLƏR FONDUNUN DƏSTƏYİ İLƏ

118948

"Forum Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə baş tutacaq.”

Bizim.Media xəbər verir ki, bu barədə 7NEWS.az saytına ASGA sədri Səbuhi Abbasov məlumat verib:

"Azərbaycan-Gürcüstan Gənclərinin I Qarabağ Forumunda gürcüstanlı gənclər, QHT və Gənclər Təşkilatı rəhbərləri, media təmsilçiləri, rəsmilər və millət vəkilləri iştirak edəcək.
Forumda dövlətlərimiz arasında mövcud olan yüksək səviyyəli əlaqələr, eyni zamanda, müxtəlif sahələrdə əlaqələrimiz müzakirə olunacaq.

Layihənin əsas məqsədi QHT rəhbərlərini, Gənclər Təşkilatı rəhbərlərini, media təmsilçiləri və 30-dan çox digər qonaqları bir araya gətirmək, mövcud əlaqələri dəyərləndirmək, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırmaqdan ibarətdir.

Tədbirdə əsas 25 iştirakçı nəzərdə tutulub, lakin 100-ə yaxın şəxsin iştirakı planlaşdırılıb. Bu Forum Azərbaycan tarixində ilk dəfədir keçirilir. Fürsətdən istifadə edib Gənclər Fonduna təşəkkür etmək istəyirəm. Bu Fondun dəstəyi ilə reallaşdırdığımız 3-cü beynəlxalq layihədir.

Eyni zamanda, Gürcüstandakı səfirliyimizə, Azərbaycan Mədəniyyət Mərkəzinə, Alyans Gənclər Mərkəzinə təşəkkür edirəm. Qarabağ adı olan yerdə Dəmir Yumruq kimi birləşmək borcumuzdur”.
Qeyd edək ki, Forum Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyi tərəfindən keçirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO