“Günəşli”x9d yolunun üzərində yerləşən “Günəşli”x9d oteli açıq-aşkar əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərir.xa0
Təsadüfən bu yoldan keçən insanlar belə, otelin qapısı önündə “müştəri”x9d çağıran qadınların “hücum”x9duna məruz qalırlar.xa0
Otelin qapısının önündə toplaşan qadınlar oradan keçən insanlara intim xidmət təklif edirlər.
Otel adı ilə fəaliyyət göstərən “Günəşli”x9d əslində, pritondur və otelin həyətindəki balaca daxmalarda qadınlar cinsi istismara məruz qalırlar.
Onlardan müştəriləri elə otelin girişində qarşılamaq tələb olunur.xa0
Belə ki, qadınlar həmin yoldan keçən şəxslərə, avtomobillərə yaxınlaşırlar, oteldə belə bir “xidmət”x9din təklif olunduğunu deyirlər.xa0
Qeyd edək ki, otel yaşayış evlərinin arasında yerləşir. Bu durum həmin ərazidə yaşayan sakinləri də narahat edir.
Ən acınacaqlısı odur ki, otel “fəaliyyət”x9də keçmək üçün gecə saatlarını da gözləmir. Yəni günün istənilən saatlarında burada eyni mənzərə ilə qarşılaşmaq mümkündür.xa0
Sakinlərin şikayəti əsasında otelin yerləşdiyi əraziyə baş çəkdik. Deyildiyi kimi, qapının önündə duran 3 qadından biri bizə yaxınlaşaraq, oteldə təklif olunan “xidmət”x9dləri sadaladı, qiymətin isə 50 manat olduğunu bildirdilər:xa0
“Hər bir xidmətimiz var, VİP otaqlardır. Gedək..? 50 manata görüşürəm. İstəyirsinizsə, otelin həyətinə gedək. Otelimiz də superdir”x9d. xa0
Daha ətraflı aşağıda təqdim etdiyimiz videodan izləyə bilərsiniz. (Musavat.com)
xa0





































































































