Azərbaycan AŞPA-da daha bir uğura imza atdı

Azərbaycan AŞPA-da daha bir uğura imza atdı

Hazırda oxunan: Azərbaycan AŞPA-da daha bir uğura imza atdı

118108
AŞPA-da çox ciddi bir sənəd qəbul olundu.xa0

Moderator.az xəbər verir ki, bu barədə Qənirə Paşayeva xəbər verib:

"“Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdlə içməli sudan məhrum edilməsi”x9d adlı sənəddə Ermənistanın işğalçılığı birmənalı şəkildə vurğulanır, insanlığa qarşı addımları, Sərsəng su anbarı ilə bağlı məsələ geniş şəkildə öz əksini tapır. Məruzəçi xanım Milica Markovuç Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə bitişik bölgələrimizdə Ermənistanın qeyri-insani əməlləri nəticəsində yaranmış su problemi, onun insanlarımızım həyatına ciddi təsiri ilə bağlı geniş çıxış etdi və bildirdi ki, AŞPA bu məsələyə özünün münasibətini bildirməli və bu vəziyyətin aradan qalxması üçün addımlar atmalıdır. Ermənistanı və onun nümayəndə heyətini kəskin tənqid edən məruzəçi rəsmi İrəvanın məsələni yerində araşdırmaq üçün onu işğal etdikləri Azərbaycan bölgələrinə buraxmamasını,məruzəçi ilə əməkdaşlıqdan imtina etməsini kəskin tənqid etdi. Qəbul edilən sənəddə Ermənistanın, erməni lobbisi və dəstəkçilərinin bütün səylərinə, düzəliş təkliflərinə baxmayaraq onların əksəriyyəti qəbul edilməsi və bu ölkənin Azərbaycan torpaqlarını işğal etməsi məsələsi birmənalı şəkildə sənəddə öz əksini tapır. Eyni zamanda qeyri-insani əməlləri. Rəsmi İrəvanı qeyri-insani əməllərdən əl çəkməyə çağıran sənədin qəbulu böyük bir uğurdur. Ermənistanla bərabər onların Avropadakı dəstəkçilərinin də Azərbaycan əlehinə çox çalışmasına baxmayaraq belə bir sənədin qəbulu çox ciddi məsələdir və bu kimi sənədlərin qəbulu istiqamətində Ermənistan, diaspor və lobbisi, dəstəkçi ölkələri və güclərinə rəğmən Azərbaycan bütün beynəlxalq təşkilatlarda işi daha da gücləndirir ki, bu çox önəmli məsələdir."
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO