Kəlbəcərdə avtomobil çaya aşıb - Ölən və xəsarət alanlar var - FOTO

Kəlbəcərdə avtomobil çaya aşıb - Ölən və xəsarət alanlar var - FOTO

Hazırda oxunan: Kəlbəcərdə avtomobil çaya aşıb - Ölən və xəsarət alanlar var - FOTO

117740

Kəlbəcərdə avtomobil aşıb.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.

"Fevral ayının 1-də Kəlbəcər Rayon Polis Şöbəsinə rayonun Qılınclı kəndi ərazisində "Niva" markalı avtomobilin idarəetməni itirərək Tərtər çayına aşması barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. Avtomobildə olan 3 nəfər çıxarılıb. 2 mülki vətəndaş və bir hərbiçinin olduğu avtomobildə hərbiçi və digər sərnişin F. Hüseynova bədən xəsarəti alsa da sürücü, 1981-ci il təvəllüdlü Nurlan Babayev ölüb. Faktla bağlı araşdırmalar davam etdirilir", - deyə məlumatda qeyd olunub.

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO