"Ümummilli lider Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirildi - FOTO

Hazırda oxunan: "Ümummilli lider Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirildi - FOTO

117739

Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə 2 fevral – Gənclər Günü münasibətilə “Ümummilli lider Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib. 

Bu barədə Bizim.Media-ya FHN-in Mətbuat Xidmətindən məlumat verilib. 

Tədbirdə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini Cavanşir Alxasov, FHN Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Füzuli Əsədov, FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov və nazirliyin bir qrup əməkdaşı iştirak edib. 

Əvvəlcə, tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, ulu öndərin əziz xatirəsini ehtiramla yad ediblər. 

Dövlət himni səsləndirildikdən sonra Azərbaycan xalqının dahi rəhbəri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Naziri müavini Etibar Mirzəyev tədbirdə çıxış edərək respublikamızda uğurlu gənclər siyasətinin əsasının ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulduğunu deyərək gənclərə dövlət tərəfindən hər zaman xüsusi diqqət və qayğının göstərildiyini bildirib.

Dahi rəhbərin hələ keçmiş sovetlər birliyində Azərbaycan gənclərinin nüfuzlu ali məktəblərdə təhsil almasında, uğurlu karyera qazanmasında xüsusi əməyini önə çəkən nazir müavini Heydər Əliyevin hər zaman milli kadrların, o cümlədən milli hərbi kadr potensialının artırılmasına xüsusi diqqət yetirdiyini qeyd edib. Xalqın tələb və təkidi ilə ulu öndərin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan gəncləri üçün yeni dövr başladı. 

E.Mirzəyev əlavə edib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş mütərəqqi dövlət gənclər siyasəti hazırda Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində vətənpərvər gənclər ordusunun yetişdiyini və bu gənc nəslin böyük zəfərlə bitən 44 günlük müharibədə özünü bir daha təsdiq etdiyini bildirən nazir müavini Vətən müharibəsində FHN-in də şəxsi heyətinin üzərinə düşən vəzifələri şərəflə yerinə yetirdiyini diqqətə çatdırıb. 

Sonra nazir müavini Gənclər günü münasibətilə tədbir iştirakçılarını fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun adından təbrik edərək onlara uğurlar arzulayıb. 

FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov çıxışında xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 1997-cı ildən başlayaraq 2 fevral tarixinin Azərbaycanda Gəncləri Günü kimi qeyd edildiyini, ölkədə gənclər siyasətinin formalaşdırılmasında ulu öndərin misilsiz rolu olduğunu bildirib.

M.İsmayılov vurğulayıb ki, bu gün Azərbaycan gəncləri ümummilli lider Heydər Əliyevin siyasi kursuna sadiq qalaraq, Prezident İlham Əliyevin ətrafında sıx birləşib, cəmiyyətimizin bərabərhüquqlu üzvləri kimi ictimai həyatın bütün sahələrində uğurla çalışaraq dövətimizin inkişafına öz töhfələrini verməkdədirlər. 

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Cavanşir Alxasov çıxışında bildirib ki, bu gün Azərbaycan gənclərinin qayğısız böyüməsi, layiqli təhsil alması və müvafiq əmək fəaliyyəti ilə məşğul olması üçün Azərbaycan dövləti tərəfindən hər cür şərait yaradılıb. 

Tədbirdə çıxış edən FHN-in digər əməkdaşları ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı misilsiz xidmətləri barədə danışaraq, ulu öndərin siyasi ideyalarının layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında hər zaman olduğu kimi bundan sonra da sıx birləşəcəklərini bildiriblər. 
Çıxışlardan sonra ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə FHN-in vəzifə borcunu yerinə yetirərkən xüsusi fərqlənmiş 100 nəfər gənc əməkdaşı FHN işçilərinin Həmkarlar İttifaqı tərəfindən fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb. 












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO