Qərbi Azərbaycan İcması: “Xarici dövlətlərin səfirliklərinə hücum İranda ənənəyə çevrilib”

Qərbi Azərbaycan İcması: “Xarici dövlətlərin səfirliklərinə hücum İranda ənənəyə çevrilib”

Hazırda oxunan: Qərbi Azərbaycan İcması: “Xarici dövlətlərin səfirliklərinə hücum İranda ənənəyə çevrilib”
117087
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Qərbi Azərbaycan İcması Azərbaycan Respublikasının İran islam respublikasındakı səfirliyinə bu gün edilmiş silahlı hücumu şiddətlə qınayır”. 

Bizim.Media xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcması məlumat yayıb. 

"Silahlı hücum nəticəsində şəhid olmuş Azərbaycan Respublikasının hərbi qulluqçusu, əslən Qərbi Azərbaycanın Göyçə mahalının Nərimanlı kəndindən olan baş leytenant Orxan Əsgərovun ailəsinə, yaxınlarına və xidmət yoldaşlarına dərin hüznlə baş sağlığı verir və yaralananlara şəfa diləyirik. 
Elçilərin toxunulmazlığına dair islam ehkamlarına və beynəlxalq normalarına hörmətsizliyin və xarici dövlətlərin səfirliklərinə xain hücumların İranda ənənəyə çevrilməsi təəssüf doğurur", - deyə bəyantda bildirilib. 

İcma tutduğu vəzifəsindən asılı olmayaraq, bu hücumu sifariş edənlər, təşkil edənlər və icra edənlərin dərhal həbs edilməsini və tərəfsiz ədalət məhkəməsinə təslim edilməsini tələb edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO