Azərbaycanda bir neçə bələdiyyənin vəzifəli şəxslərinə cinayət işi açıldı - SİYAHI

Azərbaycanda bir neçə bələdiyyənin vəzifəli şəxslərinə cinayət işi açıldı - SİYAHI

Hazırda oxunan: Azərbaycanda bir neçə bələdiyyənin vəzifəli şəxslərinə cinayət işi açıldı - SİYAHI
11658
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanda bir neçə bələdiyyənin vəzifəli şəxsləri barədə cinayət işləri açılıb, bəzi bələdiyyələrin vəzifəli şəxsləri barəsində isə sənədlər hüquqi qiymət verilməsi üçün istintaq orqanlarına göndərilib.

Bizim.Media xəbər verir ki, bu, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında” sənəddə əksini tapıb.

Sənəddə qeyd edilib ki, Bakı şəhəri, Sabunçu rayonunun Ramana, Biləsuvarın Əliabad, Masallının Kolatan, Ucarın Qaracallı, Xaçmazın Qaraçaycek, Ağcabədinin Aran bələdiyyələrinin vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin müxtəlif maddələri cinayət işləri başlanılıb.

Həmçinin Bakı şəhəri, Suraxanı rayonu Bülbülə, Qusarın Samur, İmişlinin Hacırüstəmli, Ağstafanın Dağ Kəsəmən, İsmayıllının Topçu, Daşkəsənin Qabaqtəpə, Sabirabadın Quruzma, Cəlilabadın Muğan, Beyləqanın Şəfəq və digər bələdiyyələrin vəzifəli şəxsləri barəsində toplanan sənədlər hüquqi qiymət verilməsi üçün istintaq orqanlarına göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO