Prokurorluq Şəkidə 5 yaşlı uşağın ölümünü araşdırır

Prokurorluq Şəkidə 5 yaşlı uşağın ölümünü araşdırır

Hazırda oxunan: Prokurorluq Şəkidə 5 yaşlı uşağın ölümünü araşdırır
116232
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Şəkidə 5 yaşlı uşağın həkim səhlənkarlığı nəticəsində öldüyü iddia olunur.

Bizim.Media xəbər verir ki, bu barədə apa.az-a iki gün əvvəl Şəki Mərkəzi Xəstəxanasında vəfat edən Zəhra Eyvazlının yaxınları məlumat verib.

Azyaşlının dayısı Akif Məmmədovun sözlərinə görə, Zəhra nəfəs çatışmazlığından deyil, tibb bacısının köçürdüyü sistemin əks təsirindən dünyasını dəyişib:

“Həmin gün xəstəxanada həkim tapılmadığı üçün Zəhraya tibb bacısı süstem köçürdü. Evə qayıdandan sonra uşağın temperaturu yüksəldi, qanında parçalanma yarandı. İlkin rəy veriblər ki, uşaq nəfəs çatışmazlığından vəfat edib. Biz hesab edirik ki, ölümə səbəb tibb bacısının köçürdüyü sistem olub. Həmin vaxt xəstəxanada həkim olsaydı bəlkə də belə olmazdı”.

Məsələ ilə bağlı Baş Prokurorluğun Mətbuat Xidmətindən APA-ya bildirilib ki, qeyd olunan faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO