“Rəqəmsal jurnalistika” təlimlərinə başlanılıb - FOTO

“Rəqəmsal jurnalistika” təlimlərinə başlanılıb - FOTO

Hazırda oxunan: “Rəqəmsal jurnalistika” təlimlərinə başlanılıb - FOTO
116199
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə “Rəqəmsal jurnalistika” təlimlərinə başlanılıb.

Bizim.Media xəbər verir ki, açılış nitqi ilə çıxış edən MEDİA Agentliyinin media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli bildirib ki, bu təlim redaksiya siyasətinin rəqəmsal strategiyasının qurulması, onlayn məzmun yaratma üsulları vasitəsilə informasiyanın düzgün auditoriyaya çatdırılması və bütünlükdə mediada rəqəmsallığın yaratdığı yeniliklər çərçivəsində jurnalistlərin bacarıqlarının inkişafında müstəsna rol oynayacaqdır.

“Rəqəmsal jurnalistika” mövzusunda keçirilən təlimlərdə “Daily Mail UK”, “The Australian”, “Sunday Telegraph UK” kimi bir çox tanınmış xəbər agentliklərində redaktor vəzifəsində çalışmış, hazırda baş ofisi Londonda yerləşən “High Park Communications” media şirkətinin təsisçisi və direktoru olan Kolin Gibson çıxış edib.

O, iştirakçılara “Biznes planlarının və redaksiya siyasətinin rəqəmsal strategiyaya uyğunlaşdırılması”, “Rəqəmsal media kampaniyalarının yaradılması, düzgün auditoriyaya çatdırılması və izlənilməsi”, “Analitikaya əsaslanan rəqəmsal media: daha çox kütləyə çatmaq üçün data əsaslı əməliyyatların optimallaşdırılması” və s. kimi mövzularda təlim keçib, qeyd olunan istiqamətlərdə geniş fikir mübadiləsi aparılıb.
Yanvarın 26-na qədər davam edəcək “Rəqəmsal jurnalistika” təlim proqramının əsas məqsədi jurnalistika sahəsində yaranan yeni imkanların və mediada yeni tendensiyaların öyrənilməsi, rəqəmsal media sahəsində peşəkar vərdişlərin inkişaf etdirilməsi, rəqəmsal media ekosisteminin inkişafına töhfə verilməsidir.

“Rəqəmsal jurnalistika” təlimlərinə başlanılıb - FOTO - foto 1
“Rəqəmsal jurnalistika” təlimlərinə başlanılıb - FOTO - foto 2
“Rəqəmsal jurnalistika” təlimlərinə başlanılıb - FOTO - foto 3
“Rəqəmsal jurnalistika” təlimlərinə başlanılıb - FOTO - foto 4
“Rəqəmsal jurnalistika” təlimlərinə başlanılıb - FOTO - foto 5

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO