Bakıda qadını küçədə qarət etdilər - FOTO/VİDEO

Bakıda qadını küçədə qarət etdilər - FOTO/VİDEO

Hazırda oxunan: Bakıda qadını küçədə qarət etdilər - FOTO/VİDEO
116174
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Nizami rayonunda qadına qarşı soyğunçuluq edilib. Zərərçəkən şəxs yaşadığı evə gedən zaman naməlum şəxs ona yaxınlaşaraq zor tətbiq etməklə içərisində 160 manat, mobil telefon və şəxsi sənədləri olan çantasını ələ keçirib. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı DİN-in Mətbuat Xidməti yayıb.

Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Ülvi Avazlı saxlanılıb. Həmin şəxsin zərərçəkəni izləməsi təhlükəsizlik kameraları vasitəsi ilə də lentə alınıb.  
Faktla bağlı 25-ci Polis Şöbəsində toplanana materiallar Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.
 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO