BİZİM TƏQVİM: 20 Yanvarda dünyada nələr baş verib?

BİZİM TƏQVİM: 20 Yanvarda dünyada nələr baş verib?

Hazırda oxunan: BİZİM TƏQVİM: 20 Yanvarda dünyada nələr baş verib?

115703

Tarixin bu günüdə Bakıda qanlı 20 yanvar faciəsi törədilib. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23:30-da Bakı şəhərinə keçmiş SSRİ qoşun hissələri tərəfindən fövqəladə vəziyyət elan edilmədən yeridilən qoşun növləri dinc əhaliyə divan tutaraq yüzlərlə insan qətlinə və yaralanmasına səbəb oldu. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbiçilər artıq 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri isə ölümcül yaralamışdı. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürüldü. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda — yanvarın 25-də Neftçalada və yanvarın 26-da isə Lənkəranda  daha 8 nəfər qətlə yetirildi.

Bəs 20 yanvarda daha hansı hadisələr baş verib?

1.20 yanvar 1265-ci ildə İngiltərədə ilk parlament iclası olub.

2. Türkiyə Cümhuriyyətinin ilk Konstitusiyası olan "Teşkilati-Esasiye" 1921-ci ilin 20 yanvarında Türkiyə Böyük Millət Məclisində qəbul edildi. 24 maddəlik konstitusiyada Qüvvələr Birliyi Qanununun da təməli atıldı. 

3. İkinci Dünya Müharibəsinin gedişi zamanı Böyük Britaniya hərbi hava qüvvələri 20 yanvar 1945-ci ildə Berlinə  2300 ton bomba tullayıb.

4. 20 yanvar 1961-ci ildə Con Kennedi ABŞ-ın 35-ci prezidenti seçilib.

5. İran və ABŞ arasındakı girov böhranı 1981-ci il 20 yanvarda sona çatdı: Tehran hökuməti 444 gündür girov tutulan 52 amerikalının sərbəst buraxıldığını açıqladı.

6. 1991-ci ilin 20 yanvarında Sovet ordusu artıq öz müstəqilliyini elan etmiş Latviyanın paytaxtı Riqaya girdi.

7. Azərbaycanın üçüncü prezidenti Heydər Əliyev 1998-ci ilin 20 yanvarında ölkədə “Ölüm hökmünün ləğv olunması haqqında” təşəbbüs irəli sürdü və bununla əlaqədar Milli Məclisə müraciət etdi.  

20 yanvarda həm də bu tarixi şəxsiyyətlər xatırlanır

1. Azərbaycan teatr rejissoru, Azərbaycanın Respublikasının xalq artisti (1998), Mədəniyyət və İncəsənət Universetinin professoru, Azərbaycanda Kamera Teatrının yaradıcısı.Cənnət Səlimova 20 yanvar 1940-cı ildə anadan olub.

2. Azərbaycanlı alim, biologiya elmləri doktoru.Dadaş Rəhimov 1932-ci ilin bu günündə anadan olub.

3. 20 yanvar 1902-ci ildə Ümumittifaq Kənd Təsərrüfatı Elmləri Akademiyasının həqiqi üzvü, akademik Firuz Məlikov doğulub.

4. Azərbaycan maarifçisi, pedaqoq, pedaqoji elmlər doktoru, professor, Ermənistan Parlamentinin I çağırış deputatı Mirzə Cabbar Məmmədzadə anadan olub.

5. Mirəli Qaşqay  20 yanvar 1907-ci ildə anadan olub.  Azərbaycan-sovet geoloqu, geologiya-mineralogiya elmləri doktoru, professor (1942), Azərbaycan SSR EA-nın akademiki (1945), Azərbaycan SSR əməkdar elm və texnika xadimi (1959) Mirəli Qaşqay həm də  Azərbaycan SSR EA akademik katibi olub. (1945-1962, 1967-1974)

6. Azərbaycanın Milli Qəhrəmanı , Birinci Qarabağ Müharibəsinin şəhidi Səyavuş Həsənov 20 yanvar 1964-cü ildə doğulub.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO