Bu gün bəzi yerlərə qar yağıb – FAKTİKİ HAVA 

Bu gün bəzi yerlərə qar yağıb – FAKTİKİ HAVA 

Hazırda oxunan: Bu gün bəzi yerlərə qar yağıb – FAKTİKİ HAVA 
114766
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün Azərbaycan ərazisində hava arabir yağıntılı olub, dağlıq ərazilərdə qar yağıb. 

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, qar örtüyünün hündürlüyü Lerikdə 24 sm, Qobustanda 18 sm, Altıağacda 17 sm, Qaxda 11 sm, Yardımlıda 10 sm, Qusar, Zaqatalada 9 sm, Xaltanda 8 sm, Göytəpə, Daşkəsəndə 7 sm, Göygöldə 6 sm, Şəki, Qəbələdə 4 sm olub.

Cənub-şərq küləyi Xaçmazda 18 m/s, Şabranda 16 m/s-dək güclənib. Çilov adası, Daşkəsən, Göygöl, Şəmkir, Qəbələ, Şəki, Şamaxı, Qobustan, Quba, Göyçay, Hacıqabul, Lerikdə duman müşahidə olunub, dumanda görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.
Havanın temperaturu yanvarın 13-də Bakıda iqlim normasından 1.0°-dək aşağı olub, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2-5° isti, Naxçıvan MR-da 6-13° şaxta, dağlıq rayonlarda 8-11° şaxta, aran rayonlarında 2°-dək şaxta olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO