Nəcməddin Sadıkovun yaxın adamının MƏHKƏMƏSİ BAŞLAYIR 

Nəcməddin Sadıkovun yaxın adamının MƏHKƏMƏSİ BAŞLAYIR 

Hazırda oxunan: Nəcməddin Sadıkovun yaxın adamının MƏHKƏMƏSİ BAŞLAYIR 
114581
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Müdafiə Nazirliyinin (MN) Daxili Təhlükəsizlik, həmçinin Təhsil-tədris və Elmi tədqiqatlar idarəsinin sabiq baş zabiti Zahid Niftəliyev barəsində istintaq yekunlaşıb.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Hərbi Məhkəməsinə göndərilib.

İstintaq dövründə onun MN-in bir sıra vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olaraq rüşvət aldığı üzə çıxıb.
İstintaq materiallarına əsasən Z.Niftəliyevin vəzifədə olan zaman əsgər mağazalarına himayədarlıq etdiyi, hərbi qulluqçuların xidməti yerdəyişmələrini təşkil etdiyi və s. cinayətlər törətdiyi məlum olub.

Z.Niftəliyevin cinayət işi üzrə 17 nəfər zərərçəkmiş şəxs kimi tanınıb.

Qeyd edək ki, “Şlyapa Zahid” ləqəbi ilə tanınan baş zabit həm də Ordunun keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı hesab edilirdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO