Rasim Məmmədovun Aygün Kazımovadan aldığı evə qoyulan həbs götürüldü

Rasim Məmmədovun Aygün Kazımovadan aldığı evə qoyulan həbs götürüldü

Hazırda oxunan: Rasim Məmmədovun Aygün Kazımovadan aldığı evə qoyulan həbs götürüldü
113985
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Baku Steel Company"nin keçmiş rəhbəri Rasim Məmmədovun Xalq artisti Aygün Kazımovadan aldığı evin üzərinə qoyulmuş həbs qərarı ləğv edilib.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclasda elan olunmuş hökmdə qeyd olunub.

Məhkəmə belə qənaətə gəlib ki, Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən ev cinayət yolu ilə əldə edilməyib, bu əsasla həbs qərarı əsassızdır.
Qeyd edək ki, Rasim Məmmədov əvvəlki prosesdə həmin evi 2009-cu ildə Xalq artisti Aygün Kazımovadan aldığını demişdi.

Xatırladaq ki, Rasim Məmmədov Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həbs olunub. O, Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

Cinayət işi üzrə dəymiş ziyan 185 milyon manat hesablanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rasim Məmmədov 14 il azadlıqdan məhrum edilib. Bundan başqa, onun üzərinə həbs qoyulmuş 70 milyona yaxın əmlakları da müsadirə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO