FHN-dən binada baş verən partlayışla bağlı AÇIQLAMA - FOTO/VİDEO

FHN-dən binada baş verən partlayışla bağlı AÇIQLAMA - FOTO/VİDEO

Hazırda oxunan: FHN-dən binada baş verən partlayışla bağlı AÇIQLAMA - FOTO/VİDEO
112817
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub. 

Bizim.Media FHN-in saytına istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub. 
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda binada partlayış olub, 1 nəfər ölüb - YENİLƏNİB - FOTO


İlkin məlumata əsasən, on səkkiz mərtəbəli yaşayış binasının on səkkizinci mərtəbəsində yerləşən vətəndaşa məxsus mənzildə, ilkin ehtimala əsasən, məişət qazının sızması nəticəsində yanğınla müşahidə olunmayan partlayış baş verib. Nəticədə, ilkin məlumata əsasən, 1 nəfər həlak olub, 2 nəfər xəsarət alıb, mənzilə ciddi ziyan dəyib. 

Hazırda FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülür. Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir. 

Əlavə məlumat veriləcək.

Bizim.Media
 


FHN-dən binada baş verən partlayışla bağlı AÇIQLAMA - FOTO/VİDEO - foto 1
FHN-dən binada baş verən partlayışla bağlı AÇIQLAMA - FOTO/VİDEO - foto 2
FHN-dən binada baş verən partlayışla bağlı AÇIQLAMA - FOTO/VİDEO - foto 3
FHN-dən binada baş verən partlayışla bağlı AÇIQLAMA - FOTO/VİDEO - foto 4
FHN-dən binada baş verən partlayışla bağlı AÇIQLAMA - FOTO/VİDEO - foto 5
FHN-dən binada baş verən partlayışla bağlı AÇIQLAMA - FOTO/VİDEO - foto 6
FHN-dən binada baş verən partlayışla bağlı AÇIQLAMA - FOTO/VİDEO - foto 7

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO