Bakıda yaşayış binasında partlayış: Xəsarət alanlar var - FOTO/VİDEO

Bakıda yaşayış binasında partlayış: Xəsarət alanlar var - FOTO/VİDEO

Hazırda oxunan: Bakıda yaşayış binasında partlayış: Xəsarət alanlar var - FOTO/VİDEO
112703
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda yaşayış binasında partlayış baş verib, iki nəfər xəsarət alıb.

Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu gün günorta saatlarından nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində yerləşən vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan ikiotaqlı mənzildə, ilkin ehtimala görə, məişət qazının sızması nəticəsində yanğınla müşahidə olunmayan partlayışın baş verdiyi müəyyən edilib.

Partlayış dalğasının zərbəsindən mətbəxin və eyvanın pəncərə çərçivələri yerindən çıxıb, mənzilə ziyan dəyib. Hadisə nəticəsində biri azyaşlı olmaqla iki nəfər xəsarət alıb.

FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Faktla bağlı araşdırma aparılır.
 


Bakıda yaşayış binasında partlayış: Xəsarət alanlar var - FOTO/VİDEO - foto 1
Bakıda yaşayış binasında partlayış: Xəsarət alanlar var - FOTO/VİDEO - foto 2
Bakıda yaşayış binasında partlayış: Xəsarət alanlar var - FOTO/VİDEO - foto 3
Bakıda yaşayış binasında partlayış: Xəsarət alanlar var - FOTO/VİDEO - foto 4
Bakıda yaşayış binasında partlayış: Xəsarət alanlar var - FOTO/VİDEO - foto 5
Bakıda yaşayış binasında partlayış: Xəsarət alanlar var - FOTO/VİDEO - foto 6
Bakıda yaşayış binasında partlayış: Xəsarət alanlar var - FOTO/VİDEO - foto 7


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO