Naxçıvanda AĞIR QƏZA – Ölən var 

Naxçıvanda AĞIR QƏZA – Ölən var 

Hazırda oxunan: Naxçıvanda AĞIR QƏZA – Ölən var 
112618
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün səhər saatlarında Babək rayonunun Cəhri qəsəbəsində iki nəfərin ölümü nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə Gülşənabad kəndinə gedən yolda körpünün 230 metr yaxınlığında baş verib.

Qəzaya səbəb taksi xidməti göstərən “NAZ Lifan” markalı 75-TA-521 dövlət nömrə nişanlı avtomobilin sürücüsü, Babək rayonunun Payız kənd sakini, 1968-ci il təvəllüdlü Kamil Alcəfərovun idarəetməni itirməsi olub.
Avtomobildə sürücünün öz ailə üzvlərindən ibarət 5 nəfər olub. Onlardan həyat yoldaşı 1969-cu il təvəllüdlü Alcəfərova Durna İbrahim qızı və nəvəsi 2019-cu il təvəllüdlü Alcəfərov Ramil İsmayıl oğlu ağır bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılsalar da, onların həyatını xilas etmək mümkün olmayıb.

Sürücü isə xəstəxanaya yerləşdirilib. Qəza zamanı onun sol körpücük sümüyü sınıb. Digər sərnişinlər Alcəfərov Musa İsmayıl oğlu və Alcəfərov Asim Musa oğlu isə yüngül xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO