"Yerlərdə məmurlar tərəfindən vəzifələrdən sui-istifadə halları var" – Fuad Nəcəfli 

Hazırda oxunan: "Yerlərdə məmurlar tərəfindən vəzifələrdən sui-istifadə halları var" – Fuad Nəcəfli 

112184

Dekabrın 27-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Kəngərli rayonunda olub, sakinlərlə görüşüb. 

Bizim.Media xəbər verir ki, səlahiyyətli nümayəndə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını rayon ictimaiyyətinə çatdırıb.
 

MÖVZU İLƏ BAĞLI:

Prezidentin Naxçıvandakı nümayəndəsi: "Qanunsuz qadağalar tamamilə ləğv ediləcək" - VİDEO


Dövlət başçısının rəhbərliyi ilə Kəngərli rayonunun inkişafı sahəsində görülən işlərdən danışan Fuad Nəcəfli bununla yanaşı yerlərdə məmurlar tərəfindən vəzifələrdən sui-istifadə hallarının olduğunu, vətəndaşların hüquqlarının pozulduğunu, sahibkarlıq fəaliyyəti üçün manelərin yaradıldığını bildirib. 

Sonra sakinlərin müraciətləri dinlənilib. 

Fuad Nəcəfli görüşdə iştirak edən bütün sakinlərə təşəkkürünü bildirib, problemlərin qısa müddətdə aid dövlət qurumları ilə birlikdə araşdırılıb həll olunacağını qeyd edib. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO