“Yaşıl Marafon” çərçivəsində kütləvi ağacəkmə aksiyaları keçirildi - FOTO 

“Yaşıl Marafon” çərçivəsində kütləvi ağacəkmə aksiyaları keçirildi - FOTO 

Hazırda oxunan: “Yaşıl Marafon” çərçivəsində kütləvi ağacəkmə aksiyaları keçirildi - FOTO 
111521
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

IDEA İctimai Birliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyin tərəfindən birgə həyata keçirilən "Yaşıl Marafon" çərçivəsində genişmiqyaslı ağacəkmə aksiyaları keçirilib.

Bizim.Media xəbər verir ki, gənc könüllülərin iştirakı ilə Bakının Xocasən və Müşfiqabad qəsəbələrində keçirilən aksiyalar zamanı ümumilikdə 4 hektar ərazidə Abşeron yarımadasının iqlim şəraitinə uyğun 3000-dən çox Eldar şamı, zeytun, Şərq çinarı və oleandr ağacı əkilib.

Layihənin əsas məqsədi yaşıllıq sahələrinin artırılması ilə yarana biləcək təhlükələrin qarşısını almaq, ağac əkilməsini təşviq edərək ətraf mühitin mühafizəsinə, o cümlədən ölkəmizin flora biomüxtəlifliyinin artırılmasına, yaşıllıqların qorunmasında maarifləndirilmə işinə töhfə verməkdən ibarətdir.
Kütləvi ağacəkmələr, eyni zamanda, iqlim dəyişikliyinə səbəb olan istixana qazı tullantılarının azaldılması ilə bağlı qlobal fəaliyyətlərə dəstək xarakteri daşıyır.

Ölkəmizdə yaşıllıqların mühafizəsi və artırılması səylərini bundan sonra da davam etdirmək niyyətində olan IDEA İctimai Birliyi öz tərəfdaşları ilə birgə ictimaiyyəti Planetimizin mühafizəsi ilə bağlı mübarizədə, ətraf mühit naminə görülən tədbirlərdə aktiv iştirak etməyə çağırır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO