Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəsi ictimaiyyətə təqdim olundu - FOTO

Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəsi ictimaiyyətə təqdim olundu - FOTO

Hazırda oxunan: Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəsi ictimaiyyətə təqdim olundu - FOTO

111242

Bu gün Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev Naxçıvan Muxtar Respublikasında  (MR) Prezidentin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflini MR-in ictimaiyyətinə təqdim edib. 

Bizim.Media xəbər verir ki, tədbirdən əvvəl Naxçıvan şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub. 
 

MÖVZU İLƏ BAĞLI:

Fuad Nəcəfli Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəsi TƏYİN EDİLDİ


Samir Nuriyev təqdimat mərasimində çıxış edərək Naxçıvan MR-in həmişə Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunduğunu, ölkəmizdə aparılan quruculuq işlərinin tərkib hissəsi kimi Naxçıvanın inkişafı istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. 

Prezident Administrasiyasının rəhbəri qeyd edib ki, İlham Əliyev sosial-iqtisadi inkişaf məsələlərinin həlli ilə yanaşı, həm də dövlət idarəçiliyinin təkmilləşdirilməsini, bütün sahələrdə şəffaflığın təmin edilməsini, inkişafa mane olan mənfi halların aradan qaldırılmasını əsas vəzifələrdən biri kimi müəyyənləşdirib. 

Bildirilib ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi institutunun yaradılması effektiv idarəçiliyin təmin edilməsi, vətəndaşla dövlət orqanları arasında dialoqun müasir tələblər səviyyəsində və qanun çərçivəsində qurulması, iqtisadi, sosial, mədəni və digər məsələlərin operativ və səmərəli həlli məqsədi daşıyır. 

Samir Nuriyev muxtar respublikanın yeni rəhbərliyinin qarşıda duran vəzifələrin vaxtında, tam və səmərəli şəkildə icrasını təmin etməklə Azərbaycan Prezidentinin göstərdiyi böyük etimadı doğruldacağına ümidvar olduğunu deyib.

Bizim.Media











© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO