Heydər Əliyevin xatirəsi yad edildi- Gəncədə

Heydər Əliyevin xatirəsi yad edildi- Gəncədə

Hazırda oxunan: Heydər Əliyevin xatirəsi yad edildi- Gəncədə

111074
Gəncədə Heydər Əliyevin vəfatının 12 il dönümü münasibətilə tədbir keçirilib. Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib. Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və rəsmilər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub onun ruhuna ehtiramlarını ifadə edirlər.

İcra başçısı Elmar Vəliyev bildirdi ki, artıq 12 ildir Heydər Əliyev cismən Azərbaycan xalqından ayrılıb, lakin mənən bizimlədir və əbədi olaraq da bizimlə qalacaqdır: "Ulu öndər Azərbaycan xalqı qarşısındakı xidmətlərini sadalamaqla bitməz. Heydər Əliyev sözün əsl mənasında, vətənin böyük oğlu, xalqın lideri, bənzərsiz dövlət xadimi idi. Sağlığında millət atası olmağı bacardı, xalqın sevgisini qazandı və müasir Azəbaycanın yaradıcısı, qurucusu oldu. Ulu öndərin siyasi xətti bu gün də dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir".

Sonra insanlar cərgələrlə Heydər Əliyevin abidəsini ziyarət ediblər və xatirəsinə ehtiram əlaməti olaraq abidə önünə tər çiçəklər düzüblər. Şəhərin Baş meydanında quraşdırılan böyük monitorda Heydər Əliyevin həyatından bəhs edən film nümayiş etdirilir.
Heydər Əliyevin xatirəsi yad edildi- Gəncədə
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO