Sumqayıt yolundakı sürüşməyə görə yamaclar sökülür  - FOTOLAR

Sumqayıt yolundakı sürüşməyə görə yamaclar sökülür - FOTOLAR

Hazırda oxunan: Sumqayıt yolundakı sürüşməyə görə yamaclar sökülür - FOTOLAR

110597

Hazırda Beynəlxalq Avtovağzal ərazisində qorxulu nəsə müşahidə etməmişik. Gecə də, gündüz də ərazidə iş gedir. "Qafqazinfo" xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Beynəlxalq Avtovağzal Kompleksinin yeni baş mühəndisi Kamran Sultanov deyib.

O, ərazidə sürüşməyə səbəb olan yamacların sökülməsi ilə bağlı iş getdiyini də qeyd edib:

“Yamacların sökülməsi üçün işlər görülür. Hələlik istinad divarları çəkilir. Gün ərzində burdayıq. Həmin ərazidə çalışan şirkətin əməkdaşları ilə hər hansı təhlükəli məqam olanda dərhal qarşısını alırıq. Hətta baş verən çöküntünün avtovağzal üçün heç bir təhlükəsi olmasa da, kompleksin qarşısındakı ərazi yumşaq torpaqdan ibarət olduğu üçün ehtiyatı əldən vermirik”x9d.

Baş mühəndis Binəqədi rayon İcra Hakimiyyəti nümayəndələrinin əraziyə gəlməsinə də aydınlıq gətirib: “9 gündür vəzifəyə təyinat almışam. Bu müddət ərzində icra hakimiyyəti nümayəndələrindən kimsə bura gəlməyib”x9d.

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin önündəki yolda sürüşmə neçə müddətdir davam edir.

Sumqayıt
Sumqayıt

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO