Şəhər nəqliyyatında gediş haqları 85 qəpik olacaq? – ÇIXIŞ YOLU

Şəhər nəqliyyatında gediş haqları 85 qəpik olacaq? – ÇIXIŞ YOLU

Hazırda oxunan: Şəhər nəqliyyatında gediş haqları 85 qəpik olacaq? – ÇIXIŞ YOLU

109574

Avtobuslarda gediş haqqının artırılması yenidən gündəmə gəlib. Yeni təkliflərdə qiymətlər daha yüksək səslənir. Bəzi sərnişin daşıyan şirkətlərin rəhbərləri qiymətin 85 qəpiyə qədər bahalaşmasını istəyirlər. Bunu da onunla izah edirlər ki, daşıma xərcləri gediş haqqlarından ən azı 2 dəfə bahadır. 

Deyilənlərdə müəyyən həqiqət olsa da reallıq belədir ki, istənilən qiymət artımı sərnişin daşımanın keyfiyyətinə heç zaman təsir etməyib. Qiymət artımına qədər müxtəlif vədlər verilsə də sonradan deyilənlər hamısı unudulur. 
Bu gün hər kəs sərnişin daşıma xidmətindən narazıdır. Qarşı tərəfsə bütün iradlara cavab olaraq qiymətin aşağı olmasını əsas gətirirlər. Bu isə bütün hallarda əsaslandırılmış arqument deyil.

Ona görə də ekspertlər də avtobusla sərnişindaşımada qiymət artımını problemin tək həlli kimi görmür.

Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov məsələ ilə bağlı Bizim.Media-ya danışarkən indiki halda qiymət artımına lüzum olmadığını söylədi:

“Bu gün Tarif Şurasının avtobusla sərnişindaşıma üçün müəyyən etdiyi 30 qəpik gediş haqqı düşünürəm ki, ən optimal qiymətdir. Bu qiymət sərnişindaşımadakı xidmətin keyfiyyətinə də mütənasibdir. Üstəlik, mövcud qiymət vətəndaşların cibinə uyğundur”.
Amma bir məsələ də var ki, sərnişindaşımada əksər sahələr dövlətdən dotasiya alır. Məsələn, AZAL, Bakımetropoliteni və ADY QSC hər il dövlətdən maliyyələşirlər. Çox təəssüf ki, avtobus nəqliyyatı bu dotasiyadan mərhumdur. Ona görə də qiymət artımından daha çox məsələyə bu rakursdan baxılsa daha düzgün olardı. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO