Kürdəmirin Muğanlı kəndinə gedən YOLSUZLUQ – 4 km-lik məsafə 40 ildir təmir edilmir - FOTO

Kürdəmirin Muğanlı kəndinə gedən YOLSUZLUQ – 4 km-lik məsafə 40 ildir təmir edilmir - FOTO

Hazırda oxunan: Kürdəmirin Muğanlı kəndinə gedən YOLSUZLUQ – 4 km-lik məsafə 40 ildir təmir edilmir - FOTO
109132
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Kürdəmirin Muğanlı kəndinə gedən yol kənd camaatını artıq təngə gətirib. Düz 40 ildir ki, bu yola əncam çəkən tapılmır. Problemlər sovetdən qalıb, amma müstəqilliyimizin də günəşi bu yol probleminə işıq sala bilməyib.

Muğanlı kəndi rayon mərkəzindən 15 km uzaqlıqda yerləşir. Həmin yolun 11 km-lik hissəsi Bakı-Qazax yoluna düşür, qalan 4 km-lik hissəsi isə kəndə dönən hissədir və bərbad gündədir.

Kənddə 200 evdə 1100 nəfər sakin yaşayır. Amma kənddə olan yol problemi onların gündəlik həyatını kabusa çevrib. Belə ki, Muğanlı kəndinə gedən yol təqribən 50-55 il bundan əvvəl sovetlər dönəmində çəkilib, 5-10 il sonra tamamilə sıradan çıxıb. istismar müddətini başa vurmuş kənd yolu 40 ildir ki, heç kim tərəfindən təmir edilmir.  

Bizim.Media-ya danışan kənd sakinləri bildirilər ki, qışda palçıqdan, yayda tozdan bu yolda hərəkət etmək mümkün deyil:

“Bu yoldan bir dəfə keçdinsə, maşını aparıb ustaya göstərməlisən. Çala var ki, dərinliyi yarım metrdir. Əsaslı təmirə ehtiyacı var bu yolun, bir-iki maşın daş-qum tökməklə əmələ gəlməz”.

Sakinlər deyir ki, dəfələrlə aidiyyatı orqanlara müraciət ediblər, məktub yollayıblar, amma heç kimdən səs-səmir çıxmır. 

Məsələni həll etməkdə Kürdəmir rayon icra hakimiyyəti də acizdir. İllərdir həll olunacaq desələr də ortada bir iş yoxdur.

Bizim.Media-ya problemlə bağlı məlumat verən icra hakimiyyətinin memarlıq şöbəsinin baş məsləhətçisi Şəfaət İsmayılov bildirdi ki, adı çəkilən yolun layihəsi hazırdır. Növbəti  illərdə rayonun bir neçə kəndinə, o cümlədən Muğanlı kəndinin 4 km-lik hissəsinə asfalt örtüyünün salınması işləri həyata keçriləcək.

Aqil Əəsdov, Bizim.Media

Kürdəmirin Muğanlı kəndinə gedən YOLSUZLUQ – 4 km-lik məsafə 40 ildir təmir edilmir - FOTO - foto 1
Kürdəmirin Muğanlı kəndinə gedən YOLSUZLUQ – 4 km-lik məsafə 40 ildir təmir edilmir - FOTO - foto 2
Kürdəmirin Muğanlı kəndinə gedən YOLSUZLUQ – 4 km-lik məsafə 40 ildir təmir edilmir - FOTO - foto 3
Kürdəmirin Muğanlı kəndinə gedən YOLSUZLUQ – 4 km-lik məsafə 40 ildir təmir edilmir - FOTO - foto 4
Kürdəmirin Muğanlı kəndinə gedən YOLSUZLUQ – 4 km-lik məsafə 40 ildir təmir edilmir - FOTO - foto 5
Kürdəmirin Muğanlı kəndinə gedən YOLSUZLUQ – 4 km-lik məsafə 40 ildir təmir edilmir - FOTO - foto 6
Kürdəmirin Muğanlı kəndinə gedən YOLSUZLUQ – 4 km-lik məsafə 40 ildir təmir edilmir - FOTO - foto 7
Kürdəmirin Muğanlı kəndinə gedən YOLSUZLUQ – 4 km-lik məsafə 40 ildir təmir edilmir - FOTO - foto 8
Kürdəmirin Muğanlı kəndinə gedən YOLSUZLUQ – 4 km-lik məsafə 40 ildir təmir edilmir - FOTO - foto 9

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO