Milli Məclisdə koronavirusla bağlı dinləmə keçirildi - FOTO

Milli Məclisdə koronavirusla bağlı dinləmə keçirildi - FOTO

Hazırda oxunan: Milli Məclisdə koronavirusla bağlı dinləmə keçirildi - FOTO

10802

Fevralın 4-də  Milli Məclisin Sədri Sahibə Qafarovanın təşəbbüsü ilə parlamentin Səhiyyə və İqtisadi  siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında “Koronavirus infeksiyası (COVİD-19) ilə bağlı ölkədəki mövcud vəziyyət, vaksinasiya və digər görülən tədbirlər” mövzusunda videokonfrans formatında dinləmə keçirilib.

Bizim.Media xəbər verir ki, Milli Məclisin  Mətbuat  və ictimaiyyətlə  əlaqələr şöbəsindən verilən məlumata görə, dinləməyə Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli, Sədr müavini Fəzail İbrahimli, deputatlar, Səhiyyə Nazirliyinin və müvafiq qurumların nümayəndələri qatılıblar.

 

MÖVZU İLƏ BAĞLI:

Parlamentdə koronavirusla bağlı dinləmələr keçiriləcək


Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, koronavirus infeksiyasının mövcudluğu dünyada olduğu kimi, Azərbaycan cəmiyyətində də hər kəsi narahat edir. 

Milli Məclisin Sədri Sahibə Qafarovanın təşəbbüsü ilə baş tutan bu tədbirin məqsədi ölkəmizdə pandemiya  şəraitində ümumi vəziyyətin, həyata keçirilən mübarizə tədbirlərinin müzakirə edilməsidir.

Əhliman Əmiraslanov qeyd edib ki, COVİD-19  infeksiyasının qarşısının alınması və təhlükəsiz idarə olunması  dövlət  başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın daim diqqətindədir. Ötən il Azərbaycanda bununla bağlı böyük işlər  görülüb.


Komitə sədri məsələ ilə əlaqədar qanunvericilikdə müəyyən dəyişikliklər həyata keçirildiyini diqqətə çatdırıb. Bu gün  koronavirusla  bağlı vəziyyətin stabil olduğunu, yoluxma ilə azalma arasında  ciddi  fərqin olmadığını  bildirən komitə  sədri  vurğulayıb ki, heç bir şəkildə arxayınlaşmaq və profilaktik  müdafiə tədbirlərini zəiflətmək olmaz.

Onlayn iclasda İcbari tibbi sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev çıxış edərək əhalinin sağlamlığının qorunması istiqamətində icbari tibbi sığortanın vacib element  olduğunu  diqqətə çatdırıb.  O, 2020-ci ildə Azərbaycanda icbari tibbi siğortanın həyata  keçirilməsinin gedişatı ilə bağlı ətraflı məlumat verib.

Qeyd  edilib ki, ötən il 23 rayonda  cbari tibbi sığorta tətbiq edilib, tibbi xidmətlər zərfində nəzərdə tutulan xidmətlərdən həmin rayonların əhalisinin təqribən 50 faizi istifadə edə bilib. Zaur Əliyev əhalinin göstərilən xidmətlərdən çox məmnun qaldığını da vurğulayıb.

 

Sonra İcbari tibbi sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədr müavini Nigar Bayramova icbari tibbi sığorta haqqında qanunvericiliyə təklif edilməsi nəzərdə tutulan dəyişikliklərdən danışıb.


Onlayn dinləmədə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı çıxış edərək qurumun pandemiya  dövründə  gördüyü işlər, xəstəliyin müəyyən olunması, müalicənin aparılması, infeksion nəzarət və izolyasiya, icra, koordinasiya və nəzarət  qruplarının fəaliyyəti, vaksinasiya prosesi barədə ətraflı məlumat verib.

TƏBİB rəhbəri çıxışında bu sahədə maddi-texniki bazanın təkmilləşdirilməsi, sərhəd-buraxılış məntəqələrində  prosesin idarə olunması, xəstələrə psixoloji  dəstək xidmətləri, beynəlxalq əməkdaşlıq məsələlərindən geniş söhbət  açıb.

Bildirilib ki, pandemiya dövründə ölkəmizdə çarpayı fondu 2046 olan 12 yeni Modul tipli xəstəxana, çarpayı fondu 570 olan Yeni Klinika istifadəyə verilib. Ötən il ərzində tibb müəssisələri 4474 ədəd yeni cihaz və avadanlıqla təmin edilib.

COVID-19-la mübarizə məqsədilə ÜST, UNICEF, AEBA, AİB kimi beynəlxalq təşkilatlarla sıx əməkdaşlıqlar qurulub, çoxsaylı ortaq layihələr həyata keçirilib.

Dinləmələrdə çıxış edən Milli Məclis Sədrinin müavini Fəzail İbrahimli, İqtisadi  siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, deputatlardan Vahid Əhmədov, Əli Məsimli, Məlahət  İbrahimqızı, İlham Məmmədov, Mahir Abbaszadə, Məşhur Məmmədov, Sədaqət Vəliyeva, Kamilə Əliyeva, Məzahir Əfəndiyev, Elnur Allahverdiyev virusla mübarizə sahəsində görülən işləri yüksək qiymətləndirib, bu tədbirlərin virusun qarşısının alınmasında böyük rol oynadığını bildiriblər. Hər bir çıxışda  dövlət rəhbərliyinə minnətdarlıq ifadə edilib.

Qeyd  edilib ki, yoluxma sayının azalması infeksiyanın tamamilə yox olması demək deyil və bu, insanları arxayınlaşdırmamalıdır.

Onlayn toplantıda millət vəkillərini maraqlandıran suallara aydınlıq  gətirilib.

Dinləmədə deputatlardan Ziyad Səmədzadə, Rəşad Mahmudov, Ülvi Quliyev, Vüqar Bayramov, Rüfət Quliyev, İqbal Məmmədov, Anatoliy Rafailov, Soltan Məmmədov, Kəmaləddin Qafarov, Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdir əvəzi Teymur Musayev iştirak ediblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO