Üç şəhidin ailə üzvləri üçün kiçik bizneslər yaradıldı - FOTO

Üç şəhidin ailə üzvləri üçün kiçik bizneslər yaradıldı - FOTO

Hazırda oxunan: Üç şəhidin ailə üzvləri üçün kiçik bizneslər yaradıldı - FOTO
10801
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbər vəzifəli şəxslərinin şəhid və qazilərimizin ailələri ilə görüşləri davam edir.

Bizim.Media xəbər verir ki, bu barədə Nazirlikdən məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Daha 4 şəhid ailəsinin əməliyyat xərcləri qarşılanıb – “YAŞAT” Fondu


Məlumata görə, Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli bu dəfə üç şəhidin - Vətən müharibəsinin şəhid qəhrəmanlarından Həsənağa Şirvaninin, Nicat Orucovun və Kamran Hacıyevin ailələrində olub.

Həmin şəhid ailələrinin sosial vəziyyəti öyrənilib, sosial təminat hüquqları barədə məlumat verilib. Hər üç şəhidin ailə üzvlərindən işsiz olanların məşğulluğunu təmin etmək məqsədilə işlər aparılıb.

İstəklərinə uyğun olaraq, ailə üzvlərinin bir qismi özünüməşğulluq proqramı ilə əhatə olunub: şəhid Həsənağa Şirvaninin qardaşı fotoxidmət, şəhid Nicat Orucovun anası tekstil məhsulları istehsalı, qardaşı isə çilingərlik sahəsi üzrə özünüməşğulluq proqramına cəlb ediliblər.

Qısa müddətdə də aktivlərlə təmin edilərək qeyd olunan fəaliyyət sahələri üzrə kiçik biznes sahələrini yaradıblar.

Şəhid Kamran Hacıyevin anası Sevinc Hüseynova istəyi əsasında ödənişli ictimai işlə təmin olunub, qardaşı isə avtoyuma xidməti üzrə özünüməşğulluq proqramına cəlb edilib.

Şəhid ailələrinin yaşayışı bundan sonra da daim diqqətdə saxlanılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO