Şəmkirdə qanunsuz ov edən əcnəbilər saxlanılıb

Şəmkirdə qanunsuz ov edən əcnəbilər saxlanılıb

Hazırda oxunan: Şəmkirdə qanunsuz ov edən əcnəbilər saxlanılıb
107342
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ilə Azərbaycan Təbiət və Ov Turizmi Assosiasiyasının birgə keçirdiyi nəzarət tədbirləri zamanı Şəmkir rayonu, Ceyrançöl ərazisində qanunsuz ov edən xarici ölkə vətəndaşları saxlanılıb. 

Bizim.Media xəbər verir ki, Xidmət rəsmisi Bəhruz Məhəmmədov, araşdırma zamanı brakonyerlərin Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşları Matar Mohammed Karam Al Mandoos Alblooshi, Ahmed Hamad Musabeh Khaıfan Almesafrı və Obaıd Juma Obaıd Zayed Alketbı olduğu müəyyən edilib:  

“Əcnəbi vətəndaşlardan adı Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına düşən vəhşi təbiətdən tutulmuş diri vəziyyətdə 4 bəzgək quşu götürülərək yenidən təbiətə buraxılıb. Faktla bağlı akt, protokol tərtib edilib və barələrində inzibati icraat işləri başa çatanadək onların ölkə ərazisindən çıxışlarına məhdudiyyət qoyulması üçün aidiyyəti qurumlara müraciət olunub”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO