Azərbaycana gətirilən bəzi xammallar gömrük rüsumlarından AZAD EDİLƏCƏK

Azərbaycana gətirilən bəzi xammallar gömrük rüsumlarından AZAD EDİLƏCƏK

Hazırda oxunan: Azərbaycana gətirilən bəzi xammallar gömrük rüsumlarından AZAD EDİLƏCƏK
107073
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Yaxın zamanlarda istehsalda istifadə olunan bəzi xammal növlərinin Azərbaycana gətirilməsinin gömrük rüsumlarından azad edilməsi planlaşdırılır”.

Bizim.Media xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük ödənişləri idarəsinin rəisi Tariyel Alverdiyev bu gün "Ticarət və ixracat" adlı forumda deyib.

O bildirib ki, ölkədə sahibkarlıq fəaliyyətinin inkişafına yönəlmiş bir sıra təşəbbüslərin reallaşdırılması gözlənilir.

"Azərbaycanın 2026-cı ilədək sosial-iqtisadi inkişafı strategiyası çərçivəsində komitəmiz tərəfindən "Yeni gömrük, gələcəyə baxış" proqramı hazırlanacaq. Bu proqramda beş prioritet istiqamət müəyyən edilib. Məsələn, bu günədək "e-customs" portalında avans ödəməsi zamanı sahibkar bu məbləği gömrük borclarının bağlanmasında istifadə edə bilmirdi. Bu problem qeyd olunan proqramda öz həllini tapıb və yanvarın 1-dən bu proqramın işə salınması nəzərdə tutulur", - deyə o bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO