“Şəkinin yol problemi 12 ildir həll edilməyib” – Deputatdan hökumətə MÜRACİƏT      

“Şəkinin yol problemi 12 ildir həll edilməyib” – Deputatdan hökumətə MÜRACİƏT      

Hazırda oxunan: “Şəkinin yol problemi 12 ildir həll edilməyib” – Deputatdan hökumətə MÜRACİƏT      
106979
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

””Azərsu” ASC tərəfindən Şəki şəhərində 2010-ci ildə su xətlərinin çəkilməsinə başlanılıb. Lakin 12 il keçsə də, hələ də işlər yekunlaşdırılmayıb”.  

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Vüqar İskəndərov səsləndirib.  

“Bu dövr ərzində işlərin yalnız 60 faizi yekunlaşdırılıb. Yollarda isə vəziyyət heç də ürəkaçan deyil. Belə ki, qazıntıların nəticəsi olaraq yollarda yarğanlar yaranıb. Eyni zamanda asfalt örtüyünün də çökməsi yolları yararsız vəziyyətə salıb.  

Qeyd edim ki, şəhərə giriş-çıxışı təmin edən 4 prospekt və 6 küçənin avtomobil yollarında problemlər var. Problemin həlli üçün əhali adından hökumətdən xahiş edirəm ki, bu istiqamətdə vəsait ayrılsın” – deyə deputat bildirib.  
Vüqar İskəndərov əlavə edib ki, Şəkidən 5-10 dəfə kiçik rayonların yollarının bərpası üçün Şəkidən 2 dəfə daha çox vəsait ayrılır. 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO