Bir sıra rayonlarda meşəbərpa işləri aparılıb - FOTO 

Bir sıra rayonlarda meşəbərpa işləri aparılıb - FOTO 

Hazırda oxunan: Bir sıra rayonlarda meşəbərpa işləri aparılıb - FOTO 
106378
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ölkənin bütün regionlarında payız ağac əkini mövsümü ilə əlaqədar ağacəkmə və meşəbərpa tədbirləri davam edir, meşə fondu torpaqlarının açıq və seyrək ərazilərində hər bölgənin iqlim şəraitinə uyğun müxtəlif növ ağaclar əkilir, toxumlar səpilir.

Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev Bizim.Media-ya bildirib ki, bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmilərinin və Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə Salyan, Şəmkir, Tovuz, Gədəbəy, Zaqatala, Qəbələ, Şamaxı, Şabran, Quba, Bərdə, Ağcabədi və Masallı rayonlarında payız əkin planına uyğun olaraq meşəbərpa tədbirləri həyata keçirilib.

Gün ərzində, ümumilikdə 33 hektar meşə fondu torpağında 24 300 ədəd müxtəlif növ ağac tingi əkilib, 1,5 ton toxum səpilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO