Xırdalandakı partlayışla bağlı RƏSMİ AÇIQLAMA

Xırdalandakı partlayışla bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Xırdalandakı partlayışla bağlı RƏSMİ AÇIQLAMA
104848
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xırdalan şəhəri, “AAAF Park” Yaşayış Kompleksindəki binalardan birinin ikinci mərtəbəsində baş vermiş partlayışla bağlı “Azəriqaz” İstehsalat Birliyi rəsmi açıqlama verib.

Birliyin mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev Bizim.Media-ya açıqlamasında deyib ki, partlayışa səbəb sözügedən binada yaşayan sakinin mənzilinin texniki şərtində etdiyi dəyişikliklər olub:
 

MÖVZU İLƏ BAĞLI:

DİN "AAAF" Parkdakı partlayışla bağlı məlumat yaydı – Araşdırmalar aparılır


“İlkin məlumata görə, vətəndaş fərdi yaşayış evində mətbəxi eyvana köçürməklə texniki dəyişiklik edib. Bilirsiniz ki, texniki şərtdən kənara çıxırsınızsa, bu, kustar üsulla, qeyri-qanuni həyata keçirilir. Çox təəssüf ki, bu addımın səbəbi belə neqativ hala gətirib çıxır.

Bu hallar baş verməsin deyə hər kəsə müraciət edirik ki, texniki şərtdən kənara çıxmaq, qazla bağlı texniki şərtləri pozmaq olmaz. Çünki bu zaman quraşdırılan istilik cihazları müxtəlif parametrlərə uyğun təşkil edilir. Siz bu dəyişiklikləri edəndə normaları nəzərdən qaçırdığınız üçün bu kimi hallar baş verir”.

“Azəriqaz” sözçüsü onu da vurğulayıb ki, qaz digər kommunal xidmətlərdən daha təhlükəli nəticələrə gətirib çıxara bilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO