Əkin mövsümü başlayandan 400 mindən çox ağac əkilib - FOTO 

Əkin mövsümü başlayandan 400 mindən çox ağac əkilib - FOTO 

Hazırda oxunan: Əkin mövsümü başlayandan 400 mindən çox ağac əkilib - FOTO 
104769
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanda əkin mövsümü başlayandan meşə fondu torpaqlarında 400 mindən çox ağac əkilib. 

Bu barədə Bizim.Media-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, payız əkin mövsümü başlayandan bu günədək ölkə ərazisinin meşə fondu torpaqlarının açıq və seyrək sahələrində meşəbərpa tədbirləri çərçivəsində ümumilikdə 405 000 ağac əkilib, 18 ton toxum səpilib. 

Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov bildirib ki, payız əkin planına uyğun olaraq bu gün Zaqatala, Şəki, Qəbələ, Quba, Ağcabədi, Tovuz, Şəmkir, Göygöl, Sabirabad, Lənkəran, Masallı rayonlarının meşə fondu torpaqlarının 31 hektar ərazisində 35 000 ağac əkilib, 1000 kiloqram toxum səpilib:  

“Payız ağac əkini ilə əlaqədar ölkə ərazisində meşəbərpa tədbirləri davam edir, hər bölgənin iqlim şəraitinə uyğun Regional Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində yetişdirilən müxtəlif növ ağac tingləri əkilir, toxumlar səpilir”. 

Bizim.Media

Əkin mövsümü başlayandan 400 mindən çox ağac əkilib - FOTO  - foto 1
Əkin mövsümü başlayandan 400 mindən çox ağac əkilib - FOTO  - foto 2
Əkin mövsümü başlayandan 400 mindən çox ağac əkilib - FOTO  - foto 3
Əkin mövsümü başlayandan 400 mindən çox ağac əkilib - FOTO  - foto 4

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO