Aytəkin Alxaslı Mətbuat Şurasının diplomu ilə təltif edilib - FOTO 

Aytəkin Alxaslı Mətbuat Şurasının diplomu ilə təltif edilib - FOTO 

Hazırda oxunan: Aytəkin Alxaslı Mətbuat Şurasının diplomu ilə təltif edilib - FOTO 

102899

Xəbər verdiyimiz kimi Medianın İnkişafı Agentliyi (MEDİA) Mətbuat Şurası və Audiovizual Şura ilə birgə Qubada "Regional mətbuatın inkişafı" mövzusunda tədbir keçirib.

Tədbirdə Bizim.Media-nın əməkdaşı Aytəkin Alxaslı Mətbuat Şurasının diplomu ilə təltif edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Qubada regional medianın inkişafına dair müzakirələr aparılıb - FOTO 


Belə ki, Mətbuat Şurasının sədri Rəşad Məcid Aytəkin Alxaslıya Azərbaycanda ictimai əhəmiyyət kəsb edən mövzuların işıqlandırılmasındakı peşəkar mövqeyinə, media sahəsindəki xidmətlərinə və jurnalist fəaliyyətinin 35 illiyi münasibətilə diplom təqdim edib.

Aytəkin Alxaslı görüş üçün MEDİA, Mətbuat Şurası və Audiovizual Şura rəhbərliyinə təşəkkür edərək, özünün jurnalist fəaliyyətindən danışıb.

O, MEDİA-nın bölgədə nümayəndəliyinin açılmasını, eləcə də regionda yaşayan jurnalistlərin də işğaldan azad olunmuş rayonlara səfərinin təşkil edilməsini təklif edib.

Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO