Bu qış istiliyə görə nə qədər pul ödəyəcəyik? – AÇIQLAMA

Bu qış istiliyə görə nə qədər pul ödəyəcəyik? – AÇIQLAMA

Hazırda oxunan: Bu qış istiliyə görə nə qədər pul ödəyəcəyik? – AÇIQLAMA
102484
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“İstilik xidmətləri və isti su xidmətlərinin qiymətləri müvafiq dövlət qurumu-yəni Tarif Şurası tərəfindən tənzimlənir. Ona görə də hansısa xidmətlərin qiymətlərinin artırılması məsələsi “Azəristilktəchizat” ASC-nin səlahiyyətinə aid deyil”.

Bu fikirləri son günlər isti su xidmətlərinin qiymətlərinin artacağı ilə bağlı gəzən söz-söhbətlərə aydınlıq gətirən “Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı səsləndirib.

Bizim.Media-ya açıqlamasında o, bildirib ki, qurum özünün müvafiq uçotlarını bütün aidiyyatı qurumlarla paylaşır:

“Ancaq “Azəristiliktəchizat” ASC tariflərin artırılması ilə bağlı heç bir müraciət etməyib”.

Qeyd edək ki, noyabrın 1-dən etibarən dağ rayonlarında, noyabrın 15-dən isə Bakı şəhərində qış rejiminə keçilir. Məhz, bu gündən başlayaraq “Azəristiliktəchizat” ASC-nin balansında olan çoxmərtəbəli binalara, məktəblərə, körpələr evi- uşaq bağçalarına və digər xüsusi əhəmiyyətli binalara istiliyin verilişinə başlanılacaq.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO