Azərbaycanda güclü zəlzələ təhlükəsi var? - Qurban Yetirmişli açıqladı - VİDEO

Azərbaycanda güclü zəlzələ təhlükəsi var? - Qurban Yetirmişli açıqladı - VİDEO

Hazırda oxunan: Azərbaycanda güclü zəlzələ təhlükəsi var? - Qurban Yetirmişli açıqladı - VİDEO
101953
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qobustanda iki gün ard-arda zəlzələ baş verib. Onlardan biri bəzi həssas insanlar arasında hiss olunan dərəcədə olub. Bu, seysmik aktivliyin artmasının göstəricisidirmi? Ümumiyyətlə, Qobustan Bakıya yaxın rayonlardan biridir. Paytaxtda çoxmərtəbəli binaların sayının günü-gündən artdığını əsas götürərək, əhalinin təşvişə düşməsinə səbəb varmı? 

Bizim.Media xəbər verir ki, bu gün səhər saat 08-08  radələrində Pirqulu stansiyasından 44 km cənubda, Qobustan rayonu ərazisində növbəti dəfə zəlzələ olub. Paytaxta bu qədər yaxın bir məsafədə iki gün ard-arda zəlzələnin baş verməsi narahatçılığa əsas yaradırmı? 

Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib ki, dünən axşam baş verən zəlzələ bəzi sakinlər tərəfindən hiss edilsə də, bu gün səhər saatlarında baş verən zəlzələ ümumiyyətlə hiss olunmayıb.
Qurban Yetirmişli deyib ki, Azərbaycan seysmogen bölgədir. Ona görə də burda hər gün təkanların baş verməsi təbii haldır.

Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru qeyd edib ki, ölkədə  yaxın zamanalar üçün dağıdıcı, katastrofik zəlzələ ehtimalı yoxdur.

Ətraflı Xəzər TV-nin süjetində:
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO