"Obyektiv səbəblərdən namizədliyimi geri götürdüm"

Hazırda oxunan: "Obyektiv səbəblərdən namizədliyimi geri götürdüm"

100923
Deputatlığa namizədlərin təbliğat-təşviqat kampaniyasına yenicə başlansa da, artıq qeydiyyatdan keçən bir neçə nəfər namizədlklərindən imtina ediblər. Bu az zaman kəsiyində onları bu addımı atmağa nə vadar etdi, fikirlərindən hansı amil daşındırdı, səbəb nədir? Heç kim doğrunu söyləməsə də, burda müəmmalı və gizlin məqamlar olmamış deyil. 

Bu gün daha bir namizəd, Vüsalə Dadaşova öz "facebook" səhifəsində namizədliyini geri götürdüyünü bəyan edib: "Əziz  və dəyərli dostlarım, təssüf hissi ilə (?) bildirməliyəm ki, namizədliyimi geri götürməli(?) oldum". 

Moderator.az-ın əməkdaşı V.Dadaşova ilə əlaqə saxlayıb və namizədlikdən imtina etməsinin səbəbini öyrənməyə çalışıb. Keçmiş namizəd ona qarşı heç bir təzyiqin olmadığını, hər hansı "sövdələşməyə", "razılaşmaya" getmədiyini deyib: 

"Obyektiv səbəblərdən namizədliyimi geri götürdüm" - deməklə kifayətlənib. Ancaq kifayət qədər iddialı namizəd olan, aparılan sorğularda, saytlarda təşkil edilən səsvermədə liderlik edən V. Dadaşovanın geri çəkilməsi heç də təsadüfi addım və könüllü imtina deyil. Xatırladaq ki, 16 saylı Yasamal ikinci seçki dairəsindən öz təşəbbüsü ilə namizədliyini irəli sürən Vüsalə Dadaşova Bakı Dövlət Universitetinin fizika fakültəsinin dosentidir...
     
Namiq
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO