O, dağların çiçək qızıdır. Üzündəki təbəssümlə boynubükük bənövşəyə bənzəyir. Gözlərindəki həsrət qəlbinin dərinliyindən, lap dərinliyindən süzülüb gəlir. Cəmiləni tanımaq istəsən, onun yazılarını oxu. Sətirlər, misralar arxasında gizlənən, haray çəkən dərdə bax, Allah!
İçərisində Kəlbəcər boyda, Azərbaycan boyda dərd gəzdirən bu əsmər bənizli qızın qəlbində, ruhunda bir üsyan yatır. Onun Bəhmən Vətənoğlunun vaxtsız vəfatından təsirlənərək yazdığı “Get-gedə azalır kəlbəcərlilər”x9d rədifli qoşmasından bu bənddəki misralara fikir verin:
Sazın kökdən düşüb, sözün havasız,
Giley mənasızdır, dərdin davasız.
Bu necə vətən ki, yurdsuz, yuvasız
Hər yerdə qonaqdır, kəlbəcərlilər
Cəmilənin şeirlərindəki dərdə, kədərə bükülmüş gözəlliyi görəndə tikanlı məftillər arxasından dərdli-dərdli axıb gedən Araz və bir də “Mən səndən ayrılmazdım, zülm ilə ayırdılar”x9d misraları yadıma düşür.
Cəmilə Çiçək həssas, duyğulu bir yazıçı-publisistdir. Təbiətində utan¬caqlıqla yanaşı bir üsyankarlıq var. Haqsızlığa dözümü yoxdur. Qayğıkeş, mehriban, canıyanandır. Həssaslığı, doğmalığı, kövrəkliyi ana təbiətdən gəlir. Anasının xatirəsini əziz tutaraq onun adını adıyla qoşalaşdırıb: Cəmilə Çiçək. Bu imzada bir ana-bala, vətən doğmalığı, istiliyi var.
Ana dərdi, Vətən dərdi,
Çəkəmməz hər yetən dərdi.
Əlim göylərə minbərdi,
Köksümdə nə ahlar, ana...
Cəmilə Çiçək 2007-ci ildə “Möcüzə yaradan əllər”x9d jurnalının redaktoru, “Milli Zəka”x9d beynəlxalq elmi, ictimai-siyası, hüquqi jurnalının təsisçisi və baş redaktorudur. Onun Kəlbəcərin, Qarabağın ağrı-acılarıyla bağlı və qüdrətli ustad sənətkarımız Aşıq Şəmşirin yaradıcılığından bəhs edən milli-mənafe və dövlətçilik mövqeyində dəyərli kitabları; “Kəlbəcərin saz qalası”x9d, “Arı çiçəyə gəlib...”x9d, “Sən dağlardan ayrılmadın”x9d, “Sazımız ağlayır dağlar başında”x9d elmi-publisistik kitablarını son dövrün hadisəsi də adlandırmaq olar. Tədqiqatçının “Səməd Vurğun”“Aşıq Şəmşir dastanı”x9d adlı (beşinci kitabında) filoloji-elmi araşdırmasında XX əsr Azərbaycan poeziyasının iki qolu ”“ peşəkar yazılı ədəbiyyat və aşıq sənəti müqayisəli təhlilə cəlb olunur, orijinal mətn verlir. Özünün dediyinə görə bu dastanın toplanıb sistemləşdirilərək nəşrə hazırlanması ideyası akademik İsa Həbibbəyli tərəfindən irəli sürülmüşdür.
Kitablarda ustad aşıq haqda oxucuların bilmədiyi nə qədər maraqlı epizod var. Aşıq Şəmşir yaradıcılığına olduqca həssaslıqla yanaşan Cəmilə Çiçək Kəlbəcər mühitini, Aşıq Şəmşiri yetirən torpağın gözəlliyini kövrək sətirlərlə qələmə almışdır.
Vətəndə, sən! Qərib olan bizik, biz,
Töstülənib alışmayan közök biz.
Gözləməkdən nuru itən gözük biz,
Qəlbi dağlı bu çağında dağların.
Cəmilə AMEA Folklor İnstitutunun doktorantıdır.
“Klassik ənənə və XX əsr Azərbaycan məhəbbət dastanları”x9d,
“Məhəbbət dastanlarında ənənəvi motiv və tarixi ənənələrin ötürülməsi”x9d,
“Haqq aşiqliyi”x9d,
“Yeni yaranan məhəbbət dastanları”x9d,
“Obrazlar sistemi”x9d,
“Yeni məhəbbət dastanlarının bəzi poetik üslub xüsusiyyətləri”x9d,
“Kitabi-Dədə Qorqud”x9d dastanındakı məhəbbət motivləri ilə XX əsr Azərbaycan məhəbbət dastanlarının müqayisəli təhlili”x9d və başqa (rus, ingilis, türk dilində) yeni işıq üzü görmüş elmi məqalələrin müəllifİdir.
Cəmilənin fədakarlığını bir də onda görürəm ki, lap cavan yaşlarında dünyadan vaxtsız köçmüş anasından sonra bu yeddi yaşlı körpə qızcığaz özündən balaca bacı-qardaşlarına ana əvəzi olmuş, bir gözü ağlayıb, bir gözü gülmüşdür. Cəmilə bacı-qardaşlarını oxutmuş, onlara arxa, dayaq olmuş, əsl Azərbaycan qızı olduğunu sübut etmişdir. Respublikamızın ən qabaqcıl mətbuat orqanlarında bir-birindən maraqlı yazılarla çıxış edən Cəmilə Çiçəyin imzasını görənlər o yazıları maraqla oxuyurlar.
O hələ tələbəlik dövrünün ilk günündən AYB və AJB-nin üzvü, “Qızıl qələm”x9d mükafatı laureatıdır. “Ədalət”x9d, “Respublika”x9d qəzetlərində çalışan, “525-ci qəzet”x9d, “Kəlbəcər harayı”x9d, “Təhsil”x9d jurnalı, “Ədəbiyyat qəzeti”x9d, “Vətən səsi”x9d, “Kaspi”x9d, “Bütöv Azərbaycan”x9d, “Türküstan”x9d və başqa qəzetlərdə rəngarəng yazılarla çıxış edən gənc yazıçı-publisist Cəmilə Çiçəyin böyük uğurları hələ öndədir.
Onun kövrək şeirləri, üsyankar, yanıqlı, vətən həsrətli publisistik yazıları, elmi məqalələri, bir-birindən gözəl monumental kitabları mənə ümid verir ki, deyim: əzizim Cəmilə, sən doğru yoldasan. Yaz, yarat, oxucularını, səni sevənləri sevindir. Səsin uca zirvələrdən gəlsin. Kəlbəcərin zərif çiçək qızı, sənə o dağların gözəlliyini, təravətini, kövrəkliyini qoruyub saxlamağı arzu edirəm. Qoy sənə yazdığım bu yazı da məndən sənə, o dağlara əmanət olsun.
Şərafət DAÄžISTANLI
Nəğməkar şair,
“Qızıl qələm”x9d mükafatı laureatı.




































































































