Aeroporta giriş-çıxış qaydasında DƏYİŞİKLİK

Aeroporta giriş-çıxış qaydasında DƏYİŞİKLİK

Hazırda oxunan: Aeroporta giriş-çıxış qaydasında DƏYİŞİKLİK
100481
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakı Beynəlxalq Hava Limanına avtomobillərin girişinə görə ödəniş edilməsi qaydası dəyişib. 

Bizim.Media xəbər verir ki, artıq hava limanına daxil olarkən ilk 15 dəqiqə üçün ödəniş tələb edilməyəcək.

Avtomobil hava limanı ərazisində 15 dəqiqədən artıq qaldığı halda, ödəniş hesablanacaq. 

Qeyd edək ki, indiyədək olan qaydalara əsasən hava limanına istənilən müddətdə giriş üçün ödəniş tələb olunurdu.

Bu da avtomobil sahiblərinin narazılığına səbəb olurdu, çünki dünyanın heç bir yerində sadəcə hava limanı ərazisinə daxil olmaq üçün (parkinqdən istifadə etməməklə) ödəniş tutulmur. Bu mənada yeni qaydadan xüsusilə taksi xidməti göstərən avtomobillər faydalana biləcək. 

Paralel olaraq hava limanı ərazisində parkinq üçün yeni qiymətlər də açıqlanıb.

Bu qiymətlərə əsasən ödəniş 0-2 saat üçün 1 manat, 2-4 saat üçün 2 manat, 4-6 saat üçün 3 manat, 6-12 saat üçün 4 manat, 12-24 saat üçün isə 5 manat nəzərdə tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO