Nəcməddin Sadıkovun oğlunun dövlətə külli miqdarda borcu var - FOTOFAKT

Nəcməddin Sadıkovun oğlunun dövlətə külli miqdarda borcu var - FOTOFAKT

Hazırda oxunan: Nəcməddin Sadıkovun oğlunun dövlətə külli miqdarda borcu var - FOTOFAKT
10015
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Müdafiə Nazirliyinin Silahlı Qüvvələri Baş Qərargahının sabiq rəisi, general-polkovnik Nəcməddin Sadıxovun oğluna məxsus şirkərin dövlət büdcəsinə böyük həcmdə vergi borcu var.

Bizim.Media xəbər verir ki, 20.10.2010-cu il tarixində dövlət qeydiyyatına alınan və Nəcməddin Sadıxovun oğlu Məhəmməd Sadıxovun təsisçisi olduğu "Keystone” MMC-nin (VÖEN: 1302308941) dövlət büdcəsinə 636 min 522 manat 99 qəpik vergi borcu var.
 

MÖVZU İLƏ BAĞLI:

Müdafiə Nazirliyi Nəcməddin Sadıkovla bağlı məlumat yaydı


Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 100 manat olan "Keystone” MMC-nin rəsmi veb-səhifəsində şirkətin  beton bloklar, yer daşı, səki daşı, qazon daşı, pilləkənlər və digər məhsullar hazırladığı göstərilib.

Baş ofisi Azure Biznes Mərkəzində (24-cü mərtəbə) yerləşən "Keystone” MMC-nin beton blokları istehsalı edən zavodu Müşfiqabad-Sahil yolunun 6-cı kilometrində fəaliyyət göstərir.

Onu da bildirək ki, Nəcməddin Sadıxovun oğlu Məhəmməd Sadıxov əvvəllər Bakı Şəhər Vergilər Departamentinin rəis müavini, 2015-2016-cı illərdə isə Vergilər naziri Fazil Məmmədovun müşaviri olub.

Məhəmməd Sadıxov eyni zamanda 2009-cu ildə qardaşı Hüseyn Sadıqovla birgə "Keystone” MMC ilə eyni ünvanda (Nobel prospekti 15) yerləşən daha bir şirkət "Magus” MMC-ni təsis ediblər.

Bizim.Media

Nəcməddin Sadıkovun oğlunun dövlətə külli miqdarda borcu var - FOTOFAKT - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO