Yasamal rayon İcra Hakimiyyətindən Moderator.az-a verilən məlumata görə, sökülən tikili "yuvelirnıy" kimi tanınan “Zərgərlik sənayesi” istehsalat birliyinin binasıdır. Bina sökülərək yerində yaşayış binası inşa olunacaq.
Qeyd edək ki, bir müddət əvvəl də həmin binanın söküləcəyi ilə bağlı xəbər yayılmışdı. Həmin vaxt Yasamal rayon İcra Hakimiyyətindən binanın sökülməyəcəyi və rekonstruksiya işləri aparılacağı bildirilmişdi. Hazırda isə binanın böyük hissəsi söklülüb.
Musavat.com-un məlumatına görə, zavodun yerində yaşayış binası inşa ediləcək. Bina Prezident Administrasiyasının əməkdaşları üçün nəzərdə tutulub.






































































































