Artıq Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı mediada yazılar yazılmağa, ictimai sektorda, elmi cameədə xa0müəyyən işlər görülməyə başlanıb. Ölkə başçısının sərəncamına uyğun olaraq, AXC-nin 100 illik yubileyi gələn il dövlət səviyyəsində qeyd ediləcək.xa0
Cümhuriyyət və mühacirət dövrlərinin araşdırıcısı, Məhəmməd Əmin Rəsulzadə irsini tədqiq edən alim Nəsiman Yaqublu Moderator.az saytına açıqlamasında bir neçə maraqlı və vacib məsələlərdən danışıb.
O, mühacirət dövründə araşdırılması vacib olan şəxslər və sənədlər haqqında məlumar verib:
“Məhəmməd Əmin Rəsulzadədən sonra ən çox araşdırılası mühacir aydınımız Mirzəbala Məmmədzadədir. Onun mühacirətdə 2000-dən çox məqaləsi çıxıb. Amma təəssüf ki, Azərbaycanda cəmi bir kitabı ”““Milli Azadlıq Hərəkatı”x9d işıq üzü görüb. Bu, təbii ki, çox azdır. M. Məmmədzadənin mühacirət irsi ilə az tanışıq. Amma o, çox böyük irs qoyub gedib.xa0
İkinci şəxsiyyət isə Əbdülvahab Yurdsevərdi. Onun da irsini mütləq öyrənmək lazımdır. Onun “Azərbaycan istiqlal savaşında səhnələr”x9d kitabı çox dəyərli bir əsərdi. Azərbaycanda baş verən hadisələri, sovetləşmədən sonrakı prosesləri çox düzgün şəkildə öyrənməyə kömək edən kitabdı.
Ə.F.Düdənginskinin Azadlıq radiosundakı çıxışlarının mətni toplanıb çap edilməlidir. Çünki o, bu dəyərli çıxışların qurbanı olub. xa0
Ceyhun Hacıbəyli onlara nisbətdə müəyyən qədər çap edilsə də, fransız dilində yazdığı məqalələr də Azərbaycan oxucusuna təqdim edilməlidir.xa0
Məmməd Sadıq Aranın çox dəyərli məqalələri, həm də bədii nəzm-nəsr nümunələri var. Qaçaq Nəbiyə aid bir pyes da yazıb. Bütün bunların hamısı çap edilməlidir”x9d.xa0
Araşdırmaçının toxunduğu xa0başqa vacib məsələ də xarici ölkələrdə saxlanılan məxfi qrifli materiallardı. Həmin məxfi materiallar- yazışmalar, məktublar, və s.- Azərbaycan mühacirlərinin qapalı fəaliyyətinə ilk dəfə olaraq işıq sala bilər:
“Rəsulzadənin məktublaşmaları da mütləq çap edilməlidir. Türkiyənin Xarici İşlər Nazirliyi ilə, Rüfət Paşa ilə məxfi məktublaşmaları var. Nə qədər getsəm də, Türkiyənin Xarici İşlər Nazirliyi o məktubları oxumağa icazə vermədi. Amma qarşıdan 100 illik yubiley gəlir. Biz Türkiyənin Xarici İşlər Nazirliyindən icazə alıb, o məktubları oradan çıxarmalıyıq. Xarici İşlər Nazirliyində məxfi qriflə saxlanılır.
Türkiyənin Xarici İşlər Nazirliyinin Azərbaycan mühacirləri ilə bağlı dosyeləri var. Onları açmaq lazımdır ki, görək mühacirlərimizin orada nə kimi qapalı fəaliyyətləri olub. Həmin qapalı fəaliyyətlər sovet hökumətinin əleyhinə, Azərbaycanın isə xeyrinə olan çalışmalardı. Bunlar çox önəmli və öyrənilməsi vacib olan məsələlərdi. Mən Rəsulzadənin Polşa arxivlərindən 17 məktubunu gətirmişəm. Onların hamısı məxfi məktublardı. Amma Polşa dövləti onları götürmək üçün mənə icazə verdi. Bu icazəni Türkiyə və Almaniya hökumətləri də versə, çox yaxşı olar. Bunlar bizim tariximizi dəyişə bilən məktublardı. Yəni, bu dərəcədə əhəmiyyətlidirlər.xa0
Mühacirlərin bir-birilərilə məktublaşmaları və mahacirət jurnallarında “Odlu yurd”x9d, “Qurtuluş”x9d, “İstiqlal”x9d, “Mücahid”x9d,”x9dAzərbaycan”x9d jurnallarında məqalə və xatirələrini çap etmək lazımdı".
Elmin Nurixa0


































































































