Ermənistan ordusunda Azərbaycana qarşı savaşan qara tumanlılar kimlər olub?

Ermənistan ordusunda Azərbaycana qarşı savaşan qara tumanlılar kimlər olub?

Hazırda oxunan: Ermənistan ordusunda Azərbaycana qarşı savaşan qara tumanlılar kimlər olub?

138964
Aprel döyüşlərində Ermənistan ordusunda Azərbaycana qarşı savaşan qara tumanlılar kimlər olub?

“Dağlıq Qarabağda ön cəbhədə hərbçilər kilsələr tikirlər? Nəyə görə xa0din xadimləri silah götürür?xa0

Ruhanilər əsgərlə bir yerdə döyüşməlidirmi?”x9d Fransanın tanınmış “RFİ”x9d xa0radio-kanalının xüsusi müxbiri bu suallara aydınlıq gətirmək xa0və xa0erməni-azərbaycanlı münaqişəsində dini amilin nə dərəcədə rol oynadığını öyrənmək üçün xa0“4 günlük müharibə”x9ddən bir ay sonra ”“ mayın ortalarında xa0qeyri-qanuni olaraq Azərbaycanın işğal altındakı torpaqlarına səfər edib. xa0


Moderator.az bu barədə xaricdəki erməni diasporlarının saytlarından birinə istinadla xəbər verir.xa0

Fransız müxbir yazır:”x9dAprelin əvvəlində 20 illik nisbi sakitlikdən sonra gözlənilmədən silahlı münaqişə baş qadıranda hərbçilərlə birgə cəbhəyə xa0ruhanilər də yollandı. “Erməni ruhanilərin buradakı əsas rolu öz əsgərləri üçün dua etməkdir”x9d. Bunu Eçmiədzindən gəlmiş 25 yaşlı kapellan(erməni kilsəslində dini rütbə) xa0Sevaq Saribekyan söyləyir. Ön cəbhədə lap səngərlərdə əsgərlərin özləri tərəfindən daşdan tikilmiş ibadətgahları görmək olar. Onların içərisində isə xaçlar və ikonalar var.

Erməni ruhanisi Sevaq artıq xa0bir ildir ki, Cəbrayılda - tanınmamış respublikanın cənubundakı səngərlərdə xidmət keçir. O, xa0əsgərlərin mənəvi ruhunu qaldırmaq üçün mütəmadi olaraq postlara baş çəkir...”x9d


Erməni keşiş xa0Fransa jurnalistini inandırmağa çalışır ki, ruhanilər burada əsgərlərə dayaq olmaq, bir növ psixoloqları əvəzləmək üçün xidmət keçirlər. Keşiş Sevaq Saribekyan deyir ki, bu ilin aprelində könüllü olaraq cəbhəyə yollanmış ruhanilərdən əlavə, ön xətdə onun kimi 50-dən çox keşiş xidmət edir.xa0
“RFİ”x9d müxbirinin yazdığına görə, Sevaqın özünə silahla döyüşə girmək nəsib olmayıb, ancaq aprel döyüşlərində burada xaçla bərabər əllərinə avtomat da götürən erməni keşişləri görmək olarmış... Qeyd edək ki, xa0fransız xa0jurnalistin göstərdiyi faktlar aprel döyüşlərində iştirak etmiş əsgərlərimizin erməni hərbçiləri arasında gördüyü xa0“qara tumanlı”x9d xa0döyüşçülərin məhz həmin keşişlər xa0olduğunu isbatlayır... Halbuki, apreldə xa0ermənilər heç bir əsas olmadan Azəarbaycan ordusunda guya “İŞİD”x9d-çilərin xa0döyüşməsi barədə xa0dezinformaisyalar yayırdılar...


İşğal edilmiş Azərbaycan torpaqlarında qazılmış səngərlərdə xidmət keçən Ermənistan din xadimi fransız jurnalistlə söhbətində xa0təkidlə iddia edir ki, Qarabağdakı müharibə ərazi uğrundadır, heç bir dini xarakter daşımır. Buna “sübut”x9d kimi xa0o, I Qarabağ savaşından sonra ermənilərin “qoruyub saxladıqları”x9d Şuşa və Ağdam məscidlərini “nümunə”x9d çəkir. Amma xa0vandal ermənilərin Azərbaycan xa0müsəlmanlarının həmin müqəddəs məkanlarını ayaqyoluna və donuzxanaya çevirməsindən, son günlər isə Ağdam məscidindən hərbi qərargah kimi yararlanmalarından danışmır. xa0S.Saribekyan Şuşanın, Laçının işğalı zamanı erməni yaraqlılarının kürəklərində aydın görünən xaçların isə döyüşdə azərbaycanlı hərbçilərdən seçilmələri üçün vurulduğunu iddia edir...

Amma fakt faktlığında qalır ki, Ermənistan hökuməti hələ 1997-ci ildə din xadmlərinin orduda xidməti barədə qanun qəbul edib. Bunu Fransa müxbirinə açıqlamasında xa0erməni etnoqaraf Qranuş Xaratyan da deyir. O, dövlət proqramının ruhanilərin döyüş əməliyyatlarında iştirakını nəzərdə tutmadığını desə də, xa0belə halların bundan sonra tez-tez olacağını da istisna etmir. xa0


Etnoqraf onu da qeyd edir ki, son vaxtlar ermənilər arasında belə xa0bir fikir səslənir: əgər 1915-ci il “soyqırımı”x9d ərəfəsində keşişlər xa0soydaşlarına dözümlülük, humanistlik aşılamasaydılar(guya-S.L.), kilsəyə sığınan qaçqınları silaha sarılmaqdan çəkindirməsəydilər, ermənilər daha yaxşı müdafiə olunardılar...

Avropalı jurnalist sonda vurğulayır ki, erməni tarixində ruhanilərin birbaşa döyüşlərə qatılması halları çox olub. Məsələn, 1451-ci ildəki farslar qarşı Avayr döyüşündə xa0din xadimləri “xrustian inancı uğrunda”x9d ön sıralarda döyüşüblər. 1918-ci ildə xa0Osmanlı türkləri ilə savaşlarda isə erməni keşişlərin əlahiddə alayı vuruşub...

Bəs bütün deyilənlər, xüsusilə, dövlət səviyyəsində erməni keşişlərinin ön cəbhədə xidmət keçməsi barədə qanun və proqramların qəbulu xristian təəssübkeşliyinin bariz əlamətləri deyilmi? xa0Qarabağ savaşının dini zəmin daşımamasından xa0 Azərbaycan tərəfi danışa bilər. Çünki onun ordusunda istər ön cəbhədə, istərsə də arxada heç bir din xadiminə rast gəlinmir. Ona görə ki, seyid Mübariz İbrahimov kimi xa0oğullarımız Allah imanını öz ruhlarında, ürəklərində daşıyırlar...

Sultan Laçın
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO