"New York Times" Naxçıvanın da adı keçən 100 il öncəki fitnəni ifşa etdi - FOTO

Hazırda oxunan: "New York Times" Naxçıvanın da adı keçən 100 il öncəki fitnəni ifşa etdi - FOTO

136947
Bu gün ABŞ-ın məşhur "New York Times" qəzeti əks - səda doğuran bir xəritəni səhifələrində nəşrə buraxıb.

Belə ki, Fransa və İngiltərə arasında Osmanlı imperiyasının Yaxın Şərqdəki torpaqlarını bölmək üçün gizli apardıqları Sykes-Picot müqaviləsinin 100 ili tamam olur.

Müqaviləyə əsasən o dövrkü ABŞ prezdenti Vudro Vilsonun hazırladığı xəritə bərpa olunmalı idi. Xəritəni qəzetin səhifəsində paylaşan Nick Danfort "Fərqli sərhədlər orta şərqi qurtara bilərdimi?" başlıqlı məqalə də qələmə alıb.


Qeyd edək ki, ABŞ prezidentinin çəkdiyi xəritədə Azərbaycanın ayrılmaz hissəsi Naxçıvan da erməni torpağı kimi göstərilib. Məqalənin sonu -"Bu bölgənin gerçək sərhədlərinin çəkilməsi üçün qaçırılmış bir fürsət idimi? Şübhəli ... Nəticə etibarilə Fransa və Britaniya ABŞ prezdentinin göndərdiyi heyətin tövsiyələrini göz ardı etdi. Dinləmiş olsaydılar, vəziyyət aşağı - yuxarı eyni ola bilərdi" - cümlələri ilə yekunlaşır...
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO