Böyük Arzumuz- Bütöv Azərbaycan

Böyük Arzumuz- Bütöv Azərbaycan

Hazırda oxunan: Böyük Arzumuz- Bütöv Azərbaycan

134724

Allahın adıyla.

500 yüz il öncə paytaxtı Təbriz şəhəri olan Bütöv Azərbaycan dövləti qurulmuşkən Çaldıran döyüşü (1514) ilə başlamış, 290 il öncə (1724) Çarlıq Rusiyasının (I Pyotrun) Azərbaycan xanlıqlarını işğal etməyə başlaması və erməniləri Xəzərətrafı ərazilərə məskunlaşdırması ilə milli faciələrimizin əsas təkanverici zərbəsi olan (1828) bölünməmizdə xarici amillər də işə düşmüş və öz xanlığını vətən bilənlərin təcavüzkar qarşısında belə birləşə bilməməsi isə həlledici rol oynamışdır. İndi isə 7 yerə bölünmüş, 80%-i yadlar əlində, 20%-də müstəqil dövləti olan, amma yenə xanlıq təfəkkürü ilə idarə olunan bir məmləkətdə ömür sürüməkdəyik.

Artıq 10 ildən çoxdur ki, Azərbaycan türklərinin yurd salıb yaşadığı tarixi ərazilərdə hər cür üsullarla susdurulan, sındırılan Azərbaycan xalqının cəsarəti qəzəb halında, ehtiyatlılığı qorxaqlığ şəklində üzə çıxmaqdadır. 2018-ci ilə hazırlaşan erməni, kürd terror təşkilatlarının planları müqabilində, (Doğu Perincək başda olmaqla “Tələt Paşa Komitəsinin”x9d, Akif Nağı başda olmaqla “Qarabağ Azadlıq Təşkilatı”x9dnın fəaliyyətləri xaricində) doğrulmayan ümidlər və Milli şüur kasadlığı üzündən “vətəndaşlıq və mənəvi keyfiyyətlərini itirərək”™”™ (Əhməd Qəşəmoğlu) uçuruma yuvarlanmağ ərəfəsində olan xalqımızın heç olmasa possionarlığa yaxın 5-10 %-ni tezliklə taleyüklü, səfərbəredici bir ideya, istiqamət ətrafında birləşdirə, təşkilatlandıra bilməsək, “milli kodlarımızı yeniləyib sistemləşdirməsək”x9d(Sərdar Cəlaloğlu) “Dərdimiz yetim qalsa bizdən sonra kim çəkər”x9d (Xudu Məmmədov)- durumuna düşəcəyimiz qaçılmazdır.
Milli hədəfimiz olmalı olan milli, islami, demokratik, Bütöv Azərbaycan dövləti qurmaq, milli- mənəvi dəyərlərimizi qorumaq və Əhməd bəy Ağaoğlu başda olmaqla “Difai fədailəri”x9dnin 1905-ci ilin, Nuru Paşa başda olmaqla Qafqaz Türk-İslam ordusunun 1918-ci ilin yazında Gəncədən başlamış olduğları mübarizənin nəticəsi olaraq qurulmuş ADR- AXC ərazisinin bərpası (Qarabağ, Göyçə, Zəngəzur) uğrunda çarpışacaq Allahsevər, vətənsevər, millətsevər, azadlıqsevər nəsil yetişdirməkdən ötrü Bayrağımızda təcəssüm olunmuş aşağıdakı yönümlərə əsaslanan Müasir Milli Məfkurə işləyib hazırlamaq gərəkdir: Göy rəng-türklüyümüz, yaşıl rəng- müslümanlığımız, qırmızı rənğ- azadlığımız, 8 guşəli ulduz (günəş)- dünyaviliyimiz, aypara- ziyalılığımız. Bəli, Dərbənd, Borçalı, İğdırlı, otaylı-butaylı bütöv Azərbaycanın tarixi ərazisində yaşayan bütün yerli xalqları, millətləri, ümmətləri əhatə edəsi, keçmişimiz, bugünümüz, gələcəyimiz arasında körpü olası, özülü ötən əsrin əvvəllərində Əli bəy Huseynzadə, Ə.Ağaoğlu, Məmmədəmin Rəsulzadə və b. tərəfindən Milli dövlətimizlə, bayrağımızla qoyulan, əsrin sonu- Heydər Əliyev, Əbülfəz Elçibəy sağlığında formalaşmağa başlayan dolğun bir Milli Görüş adlı igeologiya... Türk- İslam gələnəkləri ilə müasir- bəşəri prinsipləri uzlaşdıran Bayrağımızda təsbit edilmiş bu milli məfkurəmizə əsaslansaq, ölkədə Milli- islami- sosial demokratiyanın hakim olduğu Cumhuriyyət tipli dövlət quruluşu tətbiq etmək qarşıya məqsəd olaraq qoyulmalıdır. Milli yolumuzun hədəfi otaylı- butaylı, iqtidarlı- müxalifətli bütün yurddaşlarımıza yiyə durası, milli- mənəvi dəyərlərimizə, yerüstü- yeraltı sərvətlərimizə sahib çıxası, könüllərdə ölüsünə rəhmət, dirisinə hörmət qazanan, cəmiyyətin bütün iddialı fərdlərinin, zümrələrinin, firqələrinin qatıla bildiyi qarışıq seçki sistemi olan “prezidentli parlament respublikası”x9d tipli milli-demokratik bir hakimiyyətdir. Və hakimiyətin basqısı və xarici təsirlər altında deyil, ədalətli qanunlar və təmannasız yardımlar çərçivəsində fəaliyyət göstərərək cəmiyyətin maddi və mədəni inkişafına, dəyər və hüquqların qorunmasına, nəzarət və təşəbbüslərin tətbiqinə, vətənimizin və tariximizin təbliğinə, dərdlərimizin və problemlərimizin həllinə yardımçı olan 1.Müstəqil informasiya vasitələri və yazarlar, 2.müstəqil hüquq müdafiəçiləri və vəkillər, 3.müstəqil iqtisadi təşşəbbüskarlıq və mülkiyyətçilər, 4.müstəqil ruhani icmaları və dindarlar, 5.müstəqil elm, mədəniyyət mərkəzləri və araşdırmaçı, yaradıcı insanların birləşdiyi İctimai İnstitutlar. 
Buna görə də səfərbəredicilik yönümləri olan 1.Millilik 2.İslamilik 3.Demokratiklik 4.Ədalətlilik 5.Azərbaycanlılıqla quruculuq yönümləri olan 1.Hüquqi Dövlət 2.Milli Təhsil 3.Güclü Ordu 4.Sağlam Ailə 5.Doğru Din- bilginləri toplanıb bir ictimai qurumda birləşməyi vicdan və vətəndaş borcu bilməlidir. İlkin olaraq mümkünlük çərçivəsində və mövcud ərazidə, müsbət nümunə və müştərək model formalaşdıraraq 1.Dövlət müstəqilliyi, 2.Vətəndaş cəmiyyəti, 3.Milli mədəniyyət, 4.Sosial iqtisadiyyat, 5.İnsan hüquqlarının tətbiqinə nail olmaq üçün Milli Mərkəz statuslu “Bütöv Azərbaycan Bilginlər birliyi”x9d adıyla təşkilatlanmaq təşəbbüsündə bulunmaq olardı. Biz bu dünyagir hakimiyyətə arxayın olmadığımızdan, bu işləri yetərsiz də olsa pərakəndə halda görməkdə olan, Dünyaya səpələnmiş və Azərbaycan torpağında yaşayan minlərlə türkazər-müslüman yurddaşlarımıza müraciət edirik: İlkin mərhələ olaraq ölkəmizin erməni işğalı altında qalan hissəsini azad etməkdən ötrü ata-babaları və özü o torpağlardakı yurdlarımızda doğulub yaşamış, özü və doğmaları döyüşlərin iştirakçısı, zərərçəkmişi olan ləyaqətli siyasətçi, ziyalı, hərbçi və mütəxəssislərin seçki və ya təyinatla rəhbərliyə gətirilməsi zərurəti qəbul edilməlidir. Əlbəttə, həmən bölgələrdən olmayan layiqliləri və cənublu qardaşlarımızı da unutmamaq şərti ilə. 
Cənublu qardaşlarımıza da nümunə olmalı olan, Ə.Elçibəy rəhbərliyi altında qazanılan müstəqilliyimiz rus, fars, erməni təhdidi azmış kimi, 20 ildi Qarabağ, istiqlal, demokratiya döyüşçülərinin, fədakarlarının əksəriyyətinin əzildiyi, aşağılandığı və mübarizə, mücadilə tarixinin təhrif edildiyi, dövlət müstəqilliyinin qazanılmasında, ərazi bütövlüyünün qorunmasında zəhməti olmayanların başda oturduğu, din pərdəsi və fars şovnizmindən savayı İrandan bir elə fərqi olmayan istismarçı hökumət sayəsində puç olmuş ümidlər və Güney Azərbaycan Milli Azadlıq təşkilatlarına, otaylı siyasi mühacirlərə göstərilən ögey münasibət ruhdansalıcı, müstəqil dövlət qurmaqdan və ya gələcəkdə birləşməkdən çəkindirici amilə çevrilməkdədir. Beləliklə də, Sabir Rüstəmxanlının “Dövlətçilik əxlaqı...”x9d məqaləsində yazdığı kimi “milli konsepsiya hazırlayıb onu addım- addım həyata keçirmək zamanımız”x9d ziyanımıza ötüb keçməkdədir... “Bəlkə, millətin keçmişi və gələcəyi haqqında doğru- düzgün konseptin olması və Güneydəki hərəkat Quzeyin də siyasi tıxanığlığdan çıxmasına təkan verərək”x9d (Nəsib Nəsibli) Qarabağın işğaldan azad edilməsinə yardımçı olacağdır. Bəy demiş: Qarabağın qurtuluşu Təbrizdən keçir, yəni, millət mənən birləşərək vətən torpağını azad etməlidir. 
Tarix boyu Babək, Atabəylər, Şah İsmayıl, Fətəli xan, Səttarxan, Ş.M.Xiyabani və S.C.Pişəvəridən, əsasən də bu istəyi, ideyanı həyata keçirmək üçün təşkilatlanma mərhələsinin başlanmasında müstəsna rolu olan Ə. Elçibəy və Mahmudəli Çöhrəqanlıdan üzü bəri «Paytaxtı Təbriz şəhəri olan vahid, müstəqil Azərbaycan» ideyasından Əzrayıldan qorxduğları kimi diksinən Fars şovinistləri və əksər İran tarixçiləri şimali Azərbaycan ərazisinin Alban, Arran, Şirvan ölkəsi olaraq İranın tərkib hissəsi sayıldığını sübut etməyə çalışıblar. Onların və sapı özümüzdən olanların islam- ümmət hicabına bürünüb türk kökənli əhalini Allahın verdiyi, “Əsas Qanun”x9dun təsbit etdiyi bir sıra hüquqlarından məhrum etməsi, müxtəlif səviyyədə, formada təhqir etməsi, etiraz və ya tələb etdikdə həbsə atması, işkəncələrə məruz qoyması Ədaləti əqidə əsaslarından bilmələri, dünyada ədaləti bərqərar edəcək İmam Mehdi (ə.f) zühurunu gözləmələri ilə bir araya sığmır və islam əleyhinə təbliqata rəvac verir.
Halbuki, islami ədalətdən daha çox fars şovinizminə meydan verən, yəni, ölkə əhalisinin yarısını təşkil edən azərbaycanlıları vilayətlərə bölərək milli- mədəni haqlarından, ana dilində yazıb- oxumaqdan, tarixi keçmişini tədqiq və tədris etməkdən məhrum edən Tehran rejimi Zühurdan qabağa düşərək ”³islam dövləti, islami ədalət cəmiyyəti”³ qurduğları iddiasıyla islamı nicat yolu kimi gözdən salaraq dini siyasi alətə çevirməyə çalışan münafiq sapmışlardan çox da fərqlənmədiyini göstərməkdədir. İranın həm də şeytanın qarasını (Amerika, İsrail) lənətləyib, ağını (Rusiya, Ermənistan) xəlvətləməsi dövlət mənafeyindən irəli gəlsə də, ümmət mənafeyinə ziyan vuran haldır, necə ki, dini hövzələrdə öyrədilən islam elmi ilə hakimiyyətin yürütdüyü «islam siyasəti» uyğun gəlmir. İslamı zülmə hicab edənlərin dovranı isə Allahın səbrindən- 40 ildən artıq sürməz. Buna görə də, bu tayı vəzifələri şəxsi mülkiyyətinə, rüşvətxorluğu adət- ənənəyə çevirənlərdən, milləti mənəviyyatsız qərbə sürükləyənlərdən və erməni işğalından, o tayı türkə qənim kəsilənlərdən, farsa nökərçilik edənlərdən, müslüman qiyafəli münafiqlərdən və erməni havadarlarından azad etməyi, təmizləməyi özünü türk, müslüman, azərbaycanlı, Rəsulzadə -Elçibəy ardıcılı, türk -islam ülgüçüsü, Milli Görüşçü sayan hər bir kəs milli, mənəvi, vətəndaşlıq borcu bilməlidir. 
Hər bir millətin mövcudiyyəti məsələsində on şərt önəmlidir: cismani və ruhani varlığı, ağsaqqal və alimə itaəti, ərazi və dil özünəməxsusluğu, tarixi və dini inancı, dövlətçiliyi və mübarizə əzmi. Beləcə, millət olaraq iki yol ayrıcında və uyğun olaraq Allahın təqdirləri (varlıq aləminə hakim olan qaydalar toplusu) qarşısındayıq: Ya tənbəl və tamahkar, bir-biriləri ilə didişən, təbii gücünü səmərəsiz işlərə sərf edən, zamanını və mühitini tanimayan, öz xeyrini düşünüb başqalarını unudan, Allahsızlığa və əxlaqsızlığa yuvarlanan, nəticədə, parçalanaraq, işğal edilərək əsarət altına düşən millətlər kimi gec-tez bədbəxt və məhv olmalı və ya da zəhmətkeş və savadlı, milli taleyi haqda düşünən, sinfi fərqləri aradan qaldırmağa çalışan, insan şəxsiyyətini qiymətləndirən, varlıları yoxsullarının haqqını ödəyən, vətənini və qeyrətini qoruyan, nəhayət, dövlətini quraraq qanunlarına əməl edən millətlər kimi rahatlıq və tərəqqi halında yaşamalıyıq... «Millətlərin taleyində isə onların istəyindən başqa bir şey amil sayılmır. Çünki, qəza- qədər millətə, insana yox, onların seçdiyi yola aid olan bir məsələdir». («Dini suallara cavablar» kitabından) 
“Bütün türk dünyasına anladılmalıdır ki, onların dünyada həqiqi söz sahibi olması güney Azərbaycanın azadlığı ilə bütöv Azərbaycanın bərpasından”x9d (Aydın Mədətoğlu) və Türkiyədə milli dövlətin qurulmasından asılıdır. Türk-İslam dünyasının birlik qapısı olan Bütöv Azərbaycan Cumhuriyyəti hədəfli- həqiqi hakimiyyət bölgüsü və seçkili hökumət, maariflənmiş cəmiyyət və qarşılıqlı məsuliyyət, sosial ədalət və nizamlı islahatlar yolumuz dünyada gedən prosesləri anlayan dəyərli aydınlarımız, siyasilərimiz sayəsində, milli taleyimizi düşünən Dünya Azərbaycanlılarının qatılımıyla, əsas əngəl saydığımız beynəlxalq basqı və biganəliyi aradan qaldıraraq, Güneydə və Quzeydəki ölkədaxili müşkülləri həll edərək uğurlu sonluğuna yetişər, Allahın izniylə. 

Cabir Alpoğlu Albantürk 
şair- publisist

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO